Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? -VİDEO

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO


Yenixeber.org: Yerli saytlardan birində yazır:
"İlham İsmayılov əsas vəzifələrə öz “kirvə”lərini təyin edir.
İcra başçısının ən sevimli “kirvəsi” şəhərin Baş memarı Etibar Abdullayevdir. İcra başçısının torpaq və obyekt yerlərinin satışı üzrə “sağ əli” Etibar Abdullayevdir.
İcra başçısının digər kirvəsi isə Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur. İcra başçısı onu xidmətlərinə görə mükafatlandırıb və onun oğlunu özünə müavin götürüb.
Bir sözlə, Mingəçevirin icra başçısı İlham İsmayılov kor atını minib köndələn çapır, onun üçün qanun-qayda deyilən şey yoxdur."
Bu yazını oxuduqdan sonra "kirvə siyahısı"na birini də biz əlavə etmək istədik. Belə ki, şəhərin idarəçiliyində İcra Hakimiyyətinən sonra, ikinci ən çox rolu olan (və ən gəlirli sahələrdən biri olan) qurumun - Şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev də İlham İsmayılovla kirvə imiş. Elə bu səbəbdən də "kürəyini dağ boyda kirvəsinə dayayan" Ramiz Əliyev tabeçiliyində olan üzvlərindən birinə - Rafael Məmmədova şəhər qəbristanlığında xüsusi görəv verib.
Qəbristanlıq müdiri Rafael Məmmədov həm də "xəzinədar" missiyasını yerinə yetirir.
Yerli sakinlərin bildirdiyinə görə, Rafael Məmmədov qəbristanlığa gəlib, 2 metr yer qazıb, dünyasını dəyişmiş yaxınını dəfn edənlərə "yer pulu" olaraq, elə qiymət oxuyur ki, sanki cənazə sahibi qazıdığı yeri əzizini dəfn etmək üçün deyil, "xəzinə küpü" çıxarmaq üçün qazıbmış.



Yuxarıda izlədiyiniz bu görüntülər Mingəçevir şəhər qəbristanlığıdır. Sakinlər arasında "Əli qəbristanlığı" da deyirlər. Kolluğun, qamışlığın arasından güclə görünən məzar daşlarını sezməsəydik, (orada uyuyan rəhmətliklərdən uzaq olsun) şəhər tullantılarının toplandığı yer zənn edəcəkdik az qala.
Görünür bu mənzərə nə başı məzar yeri satmağa qarşan "qəbristanlıq müdiri" Rafael Məmmədov, nə Rafael Məmmədovun yığdığı pulları təhvil verdiyi Bələdiyyə sədri Ramiz Əliyev, nə də şəhərin bütün istər abadlığında, istərsə də digər problemlərində cavabdeh olan, 14 ildir (10 il İcra başçısının birinci müavini, 4 il İcra başçısı) sözün əsl mənasında Mingəçevir şəhərinin "çörəyini doya-doya yeyən" İlham İsmayılov üçün maraqlı deyil.
Yeri gəlmişkən, bütün qeyd etdiyimiz məlumatları və görüntüləri bizə təqdim edənlər Mingəçevir şəhərinin köklü sakinləridir. Yəni, məlumatlar özgə yerdən gəlməyib. Onların sözlərinə görə qəbristanlıqda bir məzar yeri almaq üçün "qəbristanlıq müdiri", eyni zamanda bələdiyyə işçisi "Rafael Məmmədova 300 (üç yüz) AZN əlbə-əl pul veririk və buna görə bizə heç bir ödəniş qəbzi filan da verilmir. Biz səbəb öyrənmək istədik, dedilər bələdiyyəyə hər məzar üçün 40 (qırx) AZN köçürülməlidir ki, bu da tam qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinə ödənir. Ona görə mütləqdir."
Bəs görəsən, yerdə qalan 260 (yüz altmış) AZN hara gedir?
Bu sual isə yəqin ki, hələ uzun müddət cavabsız qalacaq.
Mövzuya yenidən qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam