Goranboyun icra başçısı özünü belə doğruludur-FOTOFAKTLAR
Redaksiyamıza daxil olan səhih məlumatlara görə isə, uzun illərin təcrübəsi onu bu gün düşdüyü çıxılmaz durumdan heç də xilas edə bilmir. Bir anlığa diqqət yetirək ki, Məhərrəm Quliyev 2019-cu ildən indiyə kimi Goranboyda elə bir idarəçilik həyata keçirib ki, qruplaşmalar arasında əmələ gələn ziddiyyətlər “pik nöqtə”yə yüksəlmiş, rayonun sosial problemləri aşıb-daşmış və s. kimi xoşagəlməz olaylar baş vermişdir. Adicə bir faktı qeyd edək ki, bu şəxsin “nataraz idarəçiliyi”nin varlığı səbəbindən, rayonun mərkəzi ərazisində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə inşa olunmuş “Heydər bulağı”nın ətraf ərazisi, sanki döyüş meydanına oxşayır. Bundan əlavə, xalqımızın tarixi xilaskarı Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzinin divarındakı üzlük daşlardan bəziləri qopub tökülmüşdür. Digər tərəfdən, rayonun mərkəzi ərazisində, hansı ki, gün ərzində minlərlə insanların ötüb-keçdikləri yerdə, daha dəqiq desək Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşdirilmiş şəhid lövhəsinin ətraf ərazisindəki ümumi mənzərənin görkəmi, sanki hər kəsi şoka salır. Demək, bütün bunlar rayona rəhbərlik edən şəxsin naşı şəxs olduğunu və lazımi idarəçilik bacarığı həyata keçirə bilmədiyini sübuta yetirir. Hələ bunlar harasıdır?
Mövzu diqqətimizdədir.
İddia olunanlarla bağlı bütün maraqlı tərrəfləri dinləməyə hazırıq.(dia.az)