Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Gürcüstanda məktəbdən Nərimanovun adı niyə götürüldü? -VİDEO

 

Görkəmli ictimai-siyasi xadim, dramaturq, həkim Nəriman Nərimanovun dərs dediyi məktəb Gürcüstanda o dövrdə icma yolu ilə təsis edilmiş 3 otaqdan ibarət yeganə azərbaycandilli tədris ocağı olub. Əvvəllər Nərimaniyə adını daşıyan məktəbə daha sonra rəsmi olaraq Nəriman Nərimanov adına Qızılhacılı kənd məktəbi adı verilib. 

Yenixeber.org: Məktəbdə dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi üçün onun büstü də qoyulub. Lakin təxminən 7 il əvvəl sözügedən təhsil ocağından Nəriman Nərimanovun adı götürülüb və Marneuli rayonu 1 saylı Qızılhacılı ictimai məktəbi adı qoyulub. 

Məktəb direktoru Əjdər Məmişovun sözlərinə görə, Təhsil Nazirliyinin verdiyi qərara əsasən bu məktəblə yanaşı, digər dahi şəxsiyyətlərin adını daşıyan məktəblərin də adları ləğv olunub. Maraqlısı odur ki, həmin ərəfədə məktəbin yerləşdiyi küçədən də Nəriman Nərimanovun adı götürülür. Hazırda küçə gürcü dövlət xadimi Sulxan-Saba Orbelianinin adınadır. 

Görünən odur ki, məktəb və küçənin adlarının dəyişdirilməsi qərəzli xarakter daşıyır. Qeyd edək ki, dahi şəxsiyyət Nəriman Nərimanovun adını daşıyan Marneuli rayon Mədəniyyət evinin yerləşdiyi parka, eləcə də Qızılhacılı ictimai məktəbinə təkrar ədibin adının verilməsi ilə bağlı imza toplansa da, bu günədək hələ də heç bir addım atılmayıb. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam