Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

 Bioloji Müxtəlifliyin Qorunması Xidməti KİMLƏRİ QORUYUR?-Firuddin Əliyev sindiromunun pərdəarxası məqamları/AKTUAL

Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Korçay Dövlət qoruğunda "ekoloji terror" baş alıb gedir və bunu törədən qoruq direktoru bəziləri tərəfindən qorunur.
Yenixeber.org: Belə ki, qoruğun xüsusi mühafizə olunan ərazi olması və orada hər cür təsərrüfat fəaliyyətinin qadağan olunması qanunla tənzimlənir. Lakin Korçay Dövlət qoruğu istisnadır. 2021-ci ilin fevral , mart aylarında qoruq ərazisində olan , ərazisi 6 ha ya yaxın olan ceyranların və buraya qışlamaq üçün gələn quşların yeganə su mənbəyinə fiziki şəxslər tərəfindən müdaxilə edilib. Həmin təsərrüfat məqsədi ilə xırda balıqlar buraxılıb və gölə quşların , heyvanların yaxınlaşmaması üçün qazla işləyən partlayan aparatlar quraşdırılıb. Bildirirəm ki, bütün bunlar inzibati xətadır və müvafiq məsuliyyət yaradır. Lakin təəssüflər olsun ki, qoruq direktoru tərəfindən heçbir qanuni tədbir görülməyib, əksinə bütün baş verənlər ört-basdır edilməyə çalışılıb. Beləliklə qoruğa müdaxilə edən fiziki şəxslər qoruq ərazisindəki həmin göldə 8 ay balıqçılıq təsərrüfatı ilə məşqul olublar. Nəhayət 2021-ci ilin noyabr ayında göldəki balıqları tutmaq üçün gölə nasos quraşdırılıb və su qurudulmağa başlanılıb. Qoruq direktoru yenədə heç bir tədbir görmədən seyirçi mövqe tutub. Nəticədə göl tam qurudulub və qoruq ərazisindəki ceyranların və bütün ekosistemin yeganə su mənbəyi qurudulub. Və bu proses 10 günə yaxın çəkib direktor isə yenə susmağa üstünlük verib ( maraqlıdır hansı maddi marağı varmış) .Lakin qoruqda işləyən mühafizə yegeri Zahir Namazovun, həmin balıqçılar tərəfindən fiziki şiddətə məruz qalmasından sonra şəxsən Zahir Namazov özü ETSN nə müraciət etdikdən sonra bu iş araşdırılmağa başlanılıb. Ancaq nədənsə cinayətkar Yusif Kazımovun vəzifə saxtakarlığı cəzasız qalıb. Korçay qoruğunun direktoru ötən ilin fevral ayında fiziki şəxslər tərəfindən ilk müdaxilə zamanı yazmalı olduğu cəriməni tam 9 ay sonra yazıb , özüdə məsələ ictimailəşdikdən sonra.
Bildirirəm ki , bunun özü qanunsuzdur. Çünki :
1 . İXM nin 242 ci maddəsi mühafizə rejiminin pozulması müqabilində yazılan cərimədir.
Yəni qoruğa ilk müdaxilə 9 ay əvvəl olduğu üçün noyabr ayında bu cərimənin yazılması gülünc eyni zamanda vəzifə saxtakarlığıdır.
2. Əgər cərimə noyabr ayında yazılırdısa o zaman təbiətə dəyən küllü miqdarda ziyan hesablanmalı , dəymiş ziyan cinayət tərkibi yaratdığı üçün sənədlər hüquq mühafizə orqanlarına göndərilməli idi.
Hörmətli Muxtar müəllim , bir daha sizə Korçay qoruğunda son aylar baş verən "ekoloji terrorla" bağlı müraciət edirəm və xahiş edirəm ki , cinayətkar təbiət qatilinin cəzalanması istiqamətində tapşırıqlarınızı verin. Yusif Kazımov nə üçün və kim tərəfindən qorunur ? Bu adam Ovçuluq Xidmətində rəis işlədiyi zamandan tanıdığı ərəb ovçuları 2019 cu ildə dəfələrlə ( o zaman o Eldar Şamının direktoru idi ) Korçay qoruğuna ova gətirmək istədi, lakin bəzi təbiət sevərlər buna icazə vermədilər . Həmin Yusif Kazımov 2011 - 2012 ci illərdə Korçay qoruğuna rəhbərlik etdiyi dövrdə qoruq ərazisində əkinə yaralı torpağı arpa əkmək üçün icarəyə vermişdi. Yəni son baş verənlər Yusif Kazımovun saxtakarlığının sadəcə kiçik bir hissəsidir.
Sual olunur nə üçün Yusif Kazımovun şəxsi maraqları nə üçün Dövlət maraqlarından üstün tutulur ?.(azinfo.tv)
Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam