Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Göygöl Mərkəzi Xəstəxanası YOXSA Balçılı Publik Hüquqi Şəxs ?-DE-FAKTO

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərkibində fəaliyyət göstərən Göygöl Rayon Xəstəxanası PHŞ-də maraqlı fakt üzə çıxıb. 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, rayon xəstəxanasında çalışan orta tibb işçilərinin və texniki ştat işçilərinin böyük əksəriyyəti Balçılı kəndindəndir. Elə xəstəxanaya hazırda rəhbərlik edən Vasif Əliyevin özü də eyni kənddə yaşayır.
Məlumata görə, Xəstəxanada xeyli nöqsan və çatışmazlıqlar mövcuddur ki, əksəriyyəti də xəstəxanaya Vasif Əliyevin baş həkim təyinatından sonra başlayıb. Elektron mediada dəfələrlə Göygöl MRX-PHŞ barədə yazılar dərc edilsə də problemlər yerində sayır.
Mənbəmizin dediyinə görə, hazırda xəstəxanada 10-larla lazımsız ştatlar var, təkcə kiçik poliklinika şöbəsində 25-a qədər xadiməçi, 10-a yaxın kartoteka işçisi var. Son bir ildə poliklinikaya işə götürülənlər də Balçılı kəndindəndir. 
Xəstəxananın ayrı-ayrı şöbələrində çalışan 30-dan artıq xanım işçinin də Vasif Əliyev tərəfindən rüşvətlə işə götürüldüyü bildirilir. Mənbə deyir ki, Vasif Əliyev ona verilən səlahiyyətlərlə elə edib ki, Göygöl xəstəxanasına Balçılı Publik Hüquqi Şəxs demək daha doğru olardı.  
İddiaya görə, xəstəxanaya işə alınan yeni işçilərin əsasən Balçılıdan olması Vasif Əliyevin aldığı və istədiyi rüşvəti sığortalayır. O da bildirilir ki, TƏBİB-in nümayəndəsinin iş müqabilində həmkəndlilərindən pul aldığını isbat etmək üçün qardaşlarına və digər ailə üzvlərinə məxsus bank kartlarına köçürmələri incələmək yetərli olar...(Demokratik.Az )
(Araşdırmamız davam edir)    

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam