Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Nazirlik rəsmisi: "Yeni tikililərin ərazisinin 25%-də mütləq yaşıllıq salınması tələb olunur"

 

"Yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov deyib.

O bildirib ki, bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdir ediləndir:

"Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır. Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur". 

"Deyək ki, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk. Əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir. Yəni, həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir" - deyə, nazirlik rəsmisi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam