Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Merd petrol" insanları BU CÜR ALDADIR: Gəmilərdən tullantıları...-DE-FAKTO

Yenixeber.org: Yasamal rayonunun Moskva prospektində - "Şamaxı yolu" adlanan ərazidə yerləşən "Merd petrol"un yanacaq çənindən çıxan zibil və tullantılara görə maddi ziyana düşən zərərçəkmiş Ramil Quliyev sözügedən məsələnin hansı yerdə qaldığını açıqlayıb.
Yenixeber.org: Redaksiyamıza danışan zərərçəkmiş bildirib ki, problem həllini tapmayıb və nəticəsiz olaraq da qalır:
""Merd petrol" həyasızlıq etdi, sübut edə bilmədik. Bu gün baş verən hadisə bu gün olur, sabah onu sübut etmək olmur, çənin içini dəyişirlər. 3000-3500 manat civarında maddi ziyana düşdüm. Haram insanlardır, sahibi də elədir. Haqqımı onlara halal etmirəm. Həmin çirkli dizeli indi də saxlayıram. Amma qəbul etmək istəmirlər. Məhkəməyə müraciət etmədim, zədələr bir neçə gün sonra üzə çıxır, onlar isə çənin içini dəyişirlər.

Zəhmətlə qazandığımız pulu bu cür mənimsəyirlər. İşbazdırlar, fırldaqçıdırlar. Gedib gəmilərdən qeyri-qanuni yollarla tullantılı, zibilli yanacaqları alıb gətirib əhaliyə satırlar. Bununla bağlı faktım olmasa da, ictimai araşdırmam olub və nəticə olaraq da müəyyən etmişəm ki, onlar bu yola əl atırlar. Pul qazanmaq üçün ən çirkli üsullardan istifadə edirlər. İnsanlar dürüst olan yerlərdən yanacaq alsınlar, diqqətli olsunlar".

Qeyd edək ki, R.Quliyev dekabr ayında sözügedən yanacaq məntəqəsindən avtomobilinə dizel vurandan sonra maşınının müəyyən hissələri sıradan çıxmışdı. Servisdən isə bildirilmişdi ki, onun avtomovilinə tərkibində su olan çirkli dizel vurulduğu üçün aidiyyəti hissələr sıradan çıxıb.(Publika)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam