Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"X petrol" müştəriləri necə aldadır? -ŞİKAYƏT VAR

 

"X petrol" müştəriləri necə aldadır?

 

Son dövrlər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətsizliyi və müştərilərin aldadılması ilə bağlı şikayətlərin sayı çoxalır.

Yenixeber.org:  Belə şikayətlərdən biri bu gün səhər saatlarında "Qaynarinfo"ya daxil olub.

Elçin Quliyev adlı vətəndaşın şikayəti 7-ci mikrorayon ərazisində yerləşən "X petrol" yanacaqdoldurma məntəqəsindəndir. E.Quliyevin iddiasına görə, bu gün səhər saatlarında benzin almaq üçün məntəqəyə yaxınlaşıb. 20 AZN dəyərində yanacaq vurulmasını istəyib. Elə bu vaxt sol tərəfdən petrolun başqa işçisi ona yaxınlaşaraq "Bonus kartınız var? Yoxdursa, sizə kart təklif edirik. Kart vasitəsiylə müxtəlif güzəştlərdən yararlana biləcəksiniz", deyib. 

E.Quliyevin sözlərinə görə, onun başının söhbətə qarışdığı vaxt digər işçi yanacaq doldurulmasında saxtakarlıq edərək avtomobilə 20 AZN əvəzinə 16 AZN-lik yanacaq doldurub. Quliyev nə baş verdiyini anlayanda tərəflər arasında qarşıdurma yaranıb. Yanacaqdoldurma məntəqəsinin Ceyhun adlı müdiri müdaxilə edərək müştərini sakitləşdirməyə çalışıb. "Bağışlayın, işçilərimizi üzrlü sayın. Çalışarıq təkrar olunmasın" deyərək məsələni "həll edib". 

E.Quliyev artıq "X petrol" adlanan yanacaqdoldurma məntəqəsində eyni halla 3-4-cü dəfə rastlaşdığını bildirir və aidiyyatı qurumların müdaxilə edərək qanunsuzluqlara son qoyulmasını istəyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam