Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rəşad Əhmədov idarəetməni itirib -İSB-da xalqın pulunu necə mənimsəyirlər ? .../PROBLEM

Rəşad Əhmədov idarəetməni itirib - İSB-da xalqın pulunu  necə mənimsəyirlər ? ...
İcbari Sığorta Bürosunda baş verənlərlə bağlı redaksiyamıza daxil olan məlumatlar bir çox suallara yol açıb. Büronun rəhbəri Rəşad Əhmədovun idarəçiliyi sığorta əməkdaşlarını çıxılmaz vəziyyətə salıb.Vəziyyət o qədər gərginləşib ki, İSB-nin əməkdaşları prokurorluğa və məhkəmələrə üz tutmaq məcburiyyətində qalıblar. Məhkəməyə müraciət edənlərin arasında sıravi işçilərdən tutmuş şöbə rəislərinə qədər rast gəlmək mümkündür. Maraqlıdır ki, Rəşad Əhmədovun özbaşınalığının uzun müddətdir davam etməsinə baxmayaraq onun barəsində heç bir tədbir görülmür və nəticə etibarilə yeni qanunsuzluqların törədilməsi üçün yaşıl işıq yandırılır.
Yenixeber.org: Ölkənin sığorta bazarında baş verənlər barədə uzun-uzadı məlumat vermək fikrində deyilik.Vətəndaşlarla söhbət və internet üzərindən axtarış bu sahədə mövcud olan qanunsuzluqları, özbaşınalıqları, mənimsəmə, korrupsiya faktlarını çılpaqlığı ilə ortaya qoyur. "Balıq başdan iylənər" prinsipini əsas götürsək Rəşad Əhmədovun idarəçiliyinin sığorta bazarını bu hala salacağına şübhə yeri qalmır. Redaksiyamıza daxil olan məlumatlara görə 2018-ci ildə indiki vəzifəsinə təyin olunan Rəşad Əhmədov ilk günlərdən kollektivə qarşı "Səlib yürüşü”nə start verib. Baxmayaraq ki, həmin işçilərin arasında təcrübəli və bacarıqlı kadrlar kifayət qədər olub. Bunun ardınca keçmişdə birlikdə çalışdığı "Azərbaycan Sənaye Sığorta" şirkətinin əməkdaşlarını yeni iş yerində "yağlı" vəzifələrə transfer edib. Məsələn, Müştəri Xidmətləri şöbəsinin rəisi, Layihələrin İdarə edilməsi şöbəsinin rəisi, Maliyyə şöbəsinin rəisi, Hüquqi Təminat və Sığorta hadisələri şöbəsinin rəis əvəzi, Ümumi şöbənin insan resursları üzrə mütəxxəssisi (bu xanım kadrlar üzrə məsul şəxsdir - bu mövzuya qayıdacağıq), Layihələrin idarə edilməsi şöbəsinin işçisi 2 nəfər, Maliyyə şöbəsinin mühasibi (Sənaye Sığorta şirkətinin indiki sədrinin həyat yoldaşı) və s. Ilk 6 ayda 15 nəfər köhnə kadr işindən ayrılıb. Bu kadrlar ya ixtisar olunublar, ya da məcburi şəkildə ərizə yazdırılaraq işindən uzaqlaşdırılıb. ISB-da Rəşad Əhmədovun səriştəsiz idarəçiliyi o həddə çatıb ki, büronun Zəng Mərkəzi 12-22 avqust tarixləri arasında azı 5 gün işləməyib. ISB-nın əməkdaşları Rəşad Əhmədovun qanunsuzluqlarına qarşı susmayıblar. Belə ki, 2019-cu ildə büronun hüquqşunası Rəşad Əhmədovu birbaşa məhkəməyə verib. Hal-hazırda isə bir şöbə müdiri və hazırda orada çalışan əməkdaş problemlərini məhkəmə müstəvisinə daşımaqdadır. Bu azmış kimi Rəşad Əhmədovun hegomonluğu o həddə çatıb ki, büronun daha bir əməkdaşını Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən çıxarmaqla təhdid edirlər. Hətta pandemiya dövründə 4 nəfərin müqaviləsinə xitam verməklə işdən azad ediblər.
Rəşad Əhmədovun hoqqaları bununla bitmir. "Standart İnsurance" sığorta şirkətinin ləvğetmə prosesinə cəlb olunan işçilərdən yalnız özünə yaxın olanlara əlavə pullar ödəyib. Yerdə qalan işçilərin isə haqqı bu günə qədər ödənilməyib. Təsəvvür edin, Rəşad Əhmədov ləvğetmə prosesi zamanı işçini otağına çağırır və ona söz verir ki , görüləcək işlərin müqabilində ona əlavə vəsaitlər ödəniləcək. Iş prosesi bitəndən sonra isə onların halal vəsaitlərini verməkdən imtina edir. Bunu isə büro rəhbəri belə əsaslandırır ki, təşkilatın pullarını havaya sovura bilməz. Məlumat üçün bildirək ki, Rəşad Əhmədov büroya transfer etdirdiyi keçmiş dostlarının hamısına ayda 2-3 min məbləğində maaşlar təyin edir. Özünün isə maaşı 9500 manata qədərdir. Belə çıxır ki, büronun sıravi işçiləri gecə-gündüz bilmədən çalışmalıdırlar, rəhbər işçilər isə biz vətəndaşlardan daxil olan pul vəsaitlərini geninə-boluna dağıtmalıdırlar!...
Toxunduğumuz mövzu və redaksiyamıza daxil olan məlumatlar geniş olduğu üçün İcbari Sığorta Bürosunda baş verənləri bir məqaləyə sığışdırmaq mümkün olmadı. Gələn yazılarımızda tanış olacaqsınız:
1.Mərkəzi Bank nədən baş verənlərə və edilən şikayətlərə göz yumur ? ...
2.Mərkəzi Bankın sədr müavinlərindən hansı Rəşad Əhmədova birbaşa "krışalıq" edir? ...
3.Rəşad Əhmədovun kollektivdəki xanım əməkdaşlara münasibətinin şübhəli məqamları...
4.İcbari Sığorta Bürosunun rəhbəri Rəşad Əhmədov yaxın ətrafında və kollektivdə özünü hansı mötəbər şəxsin kadrı kimi təqdim edir, açıq şəkildə sui-istifadə hallarına yol verir?...
İSB-da baş verənlərlə bağlı gələn yazılarımızı diqqətlə izləyin .
Gün ərzində daxil olan məlumatları dəqiqləşdirmək və qarşı tərəfin mövqeyini öyrənmək üçün İSB-ya etdiyimiz zənglərə cavab verən tapılmadı. Buna baxmayaraq qarşı tərəfin münasibət bildirmək hüququnu tanıyırıq...

Ardı var...stimulxeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam