Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yanacaqdoldurma məntəqələrində FIRILDAQ –Sürücülər necə ALDADILIR?

Yanacaqdoldurma məntəqələrində FIRILDAQ – Sürücülər necə ALDADILIR?

 

Azərbaycanda benzindoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın oğurlanması ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Yenixeber.org: Bununla bağlı sosial şəbəkələrdə xeyli sayda sürücü şikayətləri yer alıb. Sürücülərin dediyinə görə, Bakının bütün yanacaq doldurma məntəqələrində (YDM) avtomobillərə vurulan benzindən 20 faiz kəsilir. Belə ki, 20 manatlıq benzin 20 saniyə ərzində vurulur.

Yanacaq köpük halında elə sürətlə vurulur ki, nəticədə çənə həcmdən daha az yanacaq daxil olur. Şikayətçi sürücülər problemlə bağlı monitorinq aparılmadığından gileyləniblər.

Maraqlısı isə budur ki, yanacaqdoldurma məntəqələrində edilən bu fırıldağı sübut etmək praktiki olaraq mümkün olmur. Mütəxəssislərin bildirdiyinə görə yanacaqdoldurma məntəqələrində olan aparatların içərisində “bolt” var. Hansı ki, bu “bolt” YDM-nin çörək ağacı hesab olunur. Həmin boltu sağa-sola vurmaqla benzinin artıq və əskik olmasını tənzimləmək olur. Bu qurğu isə sürücülərin əlinə çatmır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradov yanacaqdoldurma mənqələrinin müstəqil qurum tərəfindən yoxlanılmasını və vaxtı vaxtında monitorinqlər aparılmasını təklif edib:

“Yanacaqdoldurma məntəqələrində fırıldaq və vətəndaşların cibinə girmək illərdir bütün dövlət qurumlarının gözü qarşısında baş verir.

Bu məsələdə aidiyyəti olan bütün dövlət qurumlarının məsuliyyəti var. Yanacağın kəsilməsi bir yana keyfiyyəti ilə bağlı da problem var. Hansı ki, bu, insan orqanizminə ciddi ziyan vurur.

Bunlar isə millətin genofonduna təsir edən amillərdir. Aidiyyəti qurumlar bu aspektdən yanaşaraq cibə girənlərə qarşı tədbirlər görməlidirlər. Fövqəladə Hallar Nazirliyi o aparatları vaxtı-vaxtında yoxlamalı, Standartlaşdırma, Metrallogiya və Patent üzrə Dövlət Komitəsi isə yanacaqdoldurma mənqələrində yanacağın hesablanması ilə bağlı monitorinq aparmalıdır”.

Ekspertin fikrincə məsələ ilə bağlı ciddi işlər görülməli və ayrıca komissiya yaradılmalıdır:

“Yanacaqdoldurma məntəqələrini müstəqil qurumlar yoxlamalıdır. Elə bir struktur olmalıdır ki, sözügedən məntəqələrin üzərində nəzarət funksiyası olsun.

Yalnış rəy verənlər isə cinayət məsuliyyətinə cəlb olunsun. Biz 10 litr benzinin pulunu ödəyirik, nəticədə isə 9 litr yanacaq verilir. Demək ki, yanma əmsalı sürətlənir, benzin qaz kimi havaya uçub yox olur.

Ətrafda isə çirklənmə yaranır, insanlar boğulur və ağciyərlərində müxtəlif xəstəliklər yaranır. Bunları görməzdən gəlmək mümkün deyil. Bu baxımdan yanacaqdoldurma məntəqələrinin rəhbərləri cəzalanmalı, hətta həbs olunmalıdır. Onlar qədər bu cəmiyyətə ziyan buran ikinci bir məxluq yoxdur. Heç kim yaxasını kənara çəkməsin”. /Bizim.Media


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam