Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycana gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır -VİDEO


İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.

Yenixeber.org: Paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib.

Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.

Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nə də ki, sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.

Usta deyir ki, Amerika bazarından gələn avtomobillər də qəzalı vəziyyətdə olur. Səbəb də həmin nəqliyyat vasitələrinin Amerikada sığorta şirkətlərindən hərrac yolu ilə alınmasıdır.

Sahil Ağabəylinin sözlərinə görə, o ölkədə avtomobilin təmir xərci çox olduğundan sürücülər qəza zamanı nəqliyyat vasitəsini yenindən işlək vəziyyətə gətirmirlər. Maşını sığorta şirkətinə verib nağd pulunu alırlar.

Usta bildirir ki, xarici ölkələrdən sayt üzərindən avtomobil almaq olduqca risklidir. Sahil Ağabəyli məsləhət görür ki, avtomobil alarkən mümkün qədər onu görmək, ustaya yoxladıb almaq lazımdır. Əks halda 4-5 min manat ziyana düşmək ehtimalı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam