Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

PİRŞAĞIDA DƏNİZİ HASARA ALDILAR -"Villa sahibləri dənizə girişi iki tərəfdən qapatdılar"

Bakının Pirşağı kəndində bahalı villa sahibləri Xəzərsahili ərasiləri hasarlamaqla yerli sakinlər və istirahətə gələnlərə ciddi problemlər yaradıblar. 

Yenixeber.org: Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pirşağı çimərliyini zəbt edənlər hətta prezidentin xəbərdarlıqlarına da əhəmiyyət vermirlər: “Onlar yerli sakinlər və istirahətə gələn insanlarla siçan-pişik oyununu davam etdirirlər. Villa sahibləri dənizə qədər hasarlar tikmişdilər. İllərdir bu mövzuda yazdım, media da işıqlandırdı. Villa sahibləri məcbur qalıb dəmir hasarları yığışdırdılar, ancaq dözməyərək bir müddət sonra yenə dənizə girişləri betonlarla hasarladılar. Mübarizə davam etdiyindən oliqarxlar beton hasarları sökmək məcburiyyətində qaldılar. Üstəgəl Pirşağıda ictimai çimərlik çalışmaları getdiyindən və prezident də bir neçə ay əvvəl kəndə gələrək, yenidərquma işlərinə start verdiyindən düşünmək olardı ki, bahalı villa sahibləri bu dəfə “dənizi hasarlarla bağlayacam” siyasətlərinə son verəcəklər. Ancaq villa sahibləri olan oliqarxlar bu dəfə də “sübut etdilər” ki, onlar hamıdan güclüdürlər. Villa sahibləri dənizə girişi yenə də iki tərəfdən qapatdılar".

"...Qarabağ yenidən qurulmalı və “ağıllı kəndlər” həyata vəsiqə qazanmalıdır. İnanmaq istərdim ki, Qarabağ Azərbaycanın başqa bölgələri kimi “daş hasarlara” təslim olmayacaq, “ağıllı kəndlər”dəki evlər qədimdə olduğu kimi sadə çəpərlərlə bir-birindən ayrılacaq. Sivil dövlətlərin çoxunda heç bu da yoxdur”-  deyə, E.Şahinoğlu müvafiq qurumları Pirşağıdakı biabırçılığa əncam çəkməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam