Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu qanunsuzluqlara polis nə üçün göz yumur? -VİDEO

 

Yenixeber.org: İki həftə əvvəl Qaradağ rayon Lökbatan qəsəbəsi ilə Xocahəsən qəsəbəsi ərazisində yerləşən "Meyvəli Ticarət Mərkəzi" ilə üzbəüz, yol kənarında "TIR" yük avtomobilləri sürücülərinin, fəhlələrin cəmiyyət arasındakı əxlaqa zidd, qeyri etik hərəkətləri, məişət tullantıları ilə ətraf ərazini çirkləndirmələri, həmçinin böyük yük avtomobilləri ilə yol hərəkəti qaydalarını kobudcasına pozaraq, magistral yolda hərəkətdə olan digər avtomobillərə maneələr yaratdıqları barəsində məlumatlar dərc etmişdik.

Bundan əlavə sözügedən məlumatlar barəsində telefon əlaqəsi saxlayıb Qaradağ rayon Polis İdarəsinə, eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bildirmişdik.

Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad müəllimin tövsiyyəsi ilə DİN-nin rəsmi Facebook səhifəsinin inboksuna yazılı şəkildə müraciət də göndərmişdik. Lakin, təəssüflər olsun ki, artıq iki həftədən çox müddət keçməsinə baxmayaraq, deyilən ərazidə çalışan, mövcud durumdan şikayətçi şəxslərin redaksiyamıza verdiyi məlumata görə məsələ barəsində heç bir ölçü götürülməyib. Əksinə, vəziyyət hər gün daha da bərbad, daha da iyrənc hal almaqda davam edir.

Məlumatın mətbuatda yayımlanmasına, həmçinin aidiyyatı qurumlara məlumat verilməsinə baxmayaraq, hələ də məsələyə heç bir müdaxilə olunmaması onu sübut edir ki, şikayətçi şəxslərin bildirdiyi "bütün bunlara polis özü şərait yaradır" ifadəsi doğru imiş. Belə olmasaydı, bu günə qədər polis tərəfindən hər hansı bir müvafiq addım atılmış olardı.

Qeyd: Qarşıdakı günlərdə sözügedən ərazidə məlumatlarla bağlı daha geniş reportaj hazırlayıb, sizlərə təqdim edəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam