Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydə rüsvayçılıq-VİDEOFAKT
Düşündürücü hal odur ki, hazırda Qovlar şəhərində təqribən 15200 nəfər şəxsin yaşadığı, dörd orta məktəbin, bir musiqi məktəbinin, bir internat və bir texniki peşə məktəbinin, həmçinin bir dövlət sosial iqtisad kollecinin fəaliyyət göstərdiyi bildirilir. Bütün bunlara baxmayaraq, Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydə isə, hazırda belə bir biabırçı ab-hava hökm sürməkdə davam edir. Axı, bu gün 21-ci əsrdir və indiyə kimi ən ucqar dağ kəndlərində olsa belə məktəblər yenidən qurulub, bəzilərində əsaslı şəkildə təmir-bərpa işləri həyata keçirilib. O halda sual oluna bilər ki, görəsən Qovlar şəhərinin mərkəzi ərazisində fəaliyyət göstərən bu təhsil ocağına bəslənən ögey münasibətin kökündə nələr durur? Axı, şəhər sakinləri mövcud vəziyyətlə bağlı heç cür barışmaq istəmirlər və onlar övladlarının təhsil aldıqları bu məktəbin qaydaya salınmasını və bunun nəticəsi olaraq dərslərin tədris olunmasının səviyyəsinin yaxşılaşdırılmasını istəyirlər.
Onu da qeyd etmək yerinə düşər ki, Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseyin yenidən qurulması, yaxud da bu təhsil ocağında əsaslı şəkildə təmir-bərpa işlərinin həyata keçirilməsi nə məktəb rəhbərliyinin, nə də ki, hansısa vəzifə sahibinin səlahiyyətinə aid olmayan məsələlərdir. Düşünürük ki, adı çəkilən bu təhsil ocağında yaşanan biabırçılıqların ictimailəşdirilməsi təhsil naziri Emin Əmrullayevin diqqətini cəlb edəcək və cənab Nazir mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq addımını da atacaq.
Bəli, bu gün tam əksəriyyətin nəzər-diqqəti Məharət Məmmədov adına Qovlar şəhər Humanitar Təmayüllü Məktəb-Liseydəki duruma yönəldiyindən, inanırıq ki, cənab Nazir qısa zaman kəsiyində müvafiq qərarını açıqlayacaq və bu təhsil ocağına yeni bir ab-hava, yeni bir nəfəs də bəxş edəcək.
Mövzu diqqətimizdədir.(deryaz.az)