Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Təhsil naziri əmr imzaladı – İnkluziv təhsillə bağlı

Təhsil naziri Ceyhun Bayramov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi barədə əmr imzalayıb.

Yenixeber.org: Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) pilot təhsil müəssisələrində – Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli tam orta məktəb və Sabunçu rayonu 252 nömrəli məktəb-liseydə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığını təmin etmək tapşırılıb.

Əmrdə göstərilib ki, BŞTİ inklüziv təhsilin ümumi orta təhsil səviyyəsi üzrə davamlılığının təmin edilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təkliflərini təqdim etməli, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot təhsil müəssisələrinə göndərilməsini təmin etməlidir.

BŞTİ tərəfindən pilot təhsil müəssisələrində xüsusi təhsil ehtiyaclı hər 5 şagirdə 1 defektoloq-loqoped müəllim tərəfindən loqopedik xidmətin göstərilməsi təmin olunmalıdır.

Əsaslı Tikinti və Təchizat İdarəsi pilot təhsil müəssisələrinin inklüziv siniflərinin təlim resursları, zəruri avadanlıqlarla təmin edilməsi və infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssər olması ilə bağlı tədbirlər görəcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam