Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

 Bələdiyyə sədri Təmraz Tağıyevin də öz konstitusiyası var? -NARAZILIQ!

 
Yenixeber.org: Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixə qovuşacağına sayılı günlər qalır. Artıq özünüidarəetmə funksiyasını daşıyan bələdiyyələrin ölkənin idarəetmə sistemində heç bir rolunun olmadığını, müvafiq yerli icra hakimiyyətinin “JEK” səviyyəsində xırda bir əlavəsi olduğunu uşaqdan böyüyə anlamayan qalmayıb. Yəqin elə buna görə “JEK”in funksiyalarını birdəfəlik bələdiyyəyə verilməsi qanunverici orqanın müvafiq komitəsinin iclasında müzakirə mövzusuna çevrilib. Bununla bələdiyyənin nüfuzunu təmin etmək olarmı? Çətin. Fikrimizcə,şəhər, rayon icra hakimiyyətinin bütöv funksiyasını bələdiyyəyə vermək yolu ilə nəyəsə nail olmaq olar. Yoxsa, elə bələdiyyənin özünüidarəetmə “örkəni” icra hakimiyyətinin zorakı “doğanağı”ndan keçməyə məcbur olacaq.

Hazırda bələdiyyə və icra hakimiyyəti deyiləndə birgə torpaq alverindən özgə nəsə yada düşmür. Burada mexanizm sadədir :icra başçısı bazar qiymətinə uyğun olaraq torpaq sahəsini satır və bələdiyyəyə 3-5 manat qarşılığında sənədləşmə işlərin görməyi tapşırır. Adı da olur ki, filan bələdiyyə mülkiyyətində olan torpaqlara dair sərəncam imzalayıb bələdiyyə ərazisində yaşayan şəxsə fərdi yaşayış evinin tikintisi və ya sahibkarlıq məqsədilə torpaq ayırdı! ..Gerçəkdə isə. …

“Torpaq islahatı haqqında” 16.07.1996 tarixli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli, “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991 tarixli qanunların tələbinə görə, Qarabağ əlillərinə, ehtiyata buraxılan hərbi quluqçularaseçdikləri yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmalı və hətta faizsiz kredit verilməsi təmin edilməklə savaş əlillərinin, hərbi qulluqçuların fərdi evlə təminatı gerçəkləşməlidir. Qanunun tələbinə əməl etməyən müvafiq icra başçısına qarşı iddia qaldırılması da qanunda əks olunub. Nə yazıq, elə icra başçılarının özləri Qarabağ əlillərinə, hərbi qulluqçulara qarşı özbaşınalığa başçılıq edirlər. On nəfərdən çox ailə üzvü olan 1-ci dərəcəli Qarabağ əlili hərbi qulluqçu 10 ildir metronun “Gənclik” stansiyasının yanındakı N.B.Yusifbəyli küçəsinin sonu, F. X. Xoyski -1 ünvanının arasındakı istifadəsiz torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi və ya sahibkarlıq amacı ilə istifadəsinə verilməsinə nail ola bilmir. BŞİH, ƏMDK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin sahənin bələdiyyə mülkiyyətində olduğunu rəsmi məktublarla bildirib və Nərimanov bələdiyyəsinə göndərsələr də, bələdiyyə sədri Təmraz Tağıyev bildirib ki , ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisinin rəyinə görə, həmin sahə dövlət torpaqlarına aiddir. Yəni, bələdiyyə sədri hansısamütəxəssis ilə qeyri-prosessual münasibətə girərək torpaq sahəsinin bələdiyyəyə aid olmadığına dair saxta rəy alıb! (?) Halbuki, elə həmin ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Xudaverdi Kərimov möhürlü -ştamplı bir neçə məktubla sözügedən torpaq sahəsinin Nərimanov bələdiyyəsinin mülkiyyətində olduğunu bildirib. Eyni zamanda, ölkənin 1-ci vitse-prezidentindən, Nazirlər Kabinetindən , Milli Məclisdən həmin torpaq sahəsinin Qarabağ əlilinin istifadəsinə verilməsinin təmin edilməsi haqqında tapşırıqları BŞİH-ə və Nərimanov RİH -ə, oradan da Nərimanov bələdiyyəsinə ünvanlansa da, Nərimanov bələdiyyəsinin sədri qəti şəkildə torpaq yiyəsi olmadığını vurğulamaqda davam edir. İndi Qarabağ əlili çaşıb qalıb : torpaq dövlətindirsə niyə dövlət qurumları bələdiyyəyə torpağı ayırmağı tapşırırlar və bələdiyyənindirsə, niyə bələdiyyə torpağın yiyəsi olmadığını bildirir? 10 ildir sürən “örkən-doğanaq oyunu” haçağbaşa çatacaq? //sozcu.az//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam