Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çernobıl yaxınlığında radiasiya təhlükəsi yaranır-SƏBƏB

 

 

Ukraynanın şimalındakı Çernobıl ərazisində hələ aprelin 5-dən başlayan meşə yanğını 1986-cı ildə qəza baş verən Atom Elektrik Stansiyasının (AES) reaktoru üçün təhlükə yaradır.

Yenixeber.org: Keçmiş AES-in təcrid zolağının bir hissəsinə xeyli ziyan yetirən yanğın artıq 8 600 akr ərazini əhatə edib.

Hadisə yerinə yanğın xidmətinin 400 nəfər əməkdaşı, 100 yanğınsöndürən avtomobili və bir neçə helikopter cəlb edilib.

Son həftə ərzində ərazidə tüğyan edən yanğın üzündən radiasiya səviyyəsinin adi səviyyədən 16 qat artıq olduğu və ətraf əhali üçün təhlükə yaratdığı bildirilir. Buna görə ərazidə yerləşən Poliske kəndində yaşayan 20 nəfər təxliyə olunub.

Təcrid Zolağının Bölgüsü Dövlət Agentliyinin nümayəndəsi Katerına Pavlova bütün səylərini AES-i yanğından qorumaqolduğunu bildirib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprel tarixində Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza tarixin ən irimiqyaslı texnogen qəzasıdır. 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılmış nüvə bombasından 500 qat güclü olan partlayış nəticəsində ilk günlər ərzində 50-dən artıq, sonrakı dövrdə isə 7 minədək adam ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam