Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Mətbuat Azadlığı İndeksi”nə görə Azərbaycan yenə Qara Siyahıdadır

 

Aprelin 20-də “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatı dünya üzrə bir illik Mətbuat Azadlığı İndeksini dərc edib. Məruzə göstərir ki, 180 ölkədən 73-də jurnalistika tamamilə və ya xeyli çətinləşib, 59 ölkədə isə məhdudlaşdırılıb.

Yenixeber.org: “İndeks” informasiya əldə etmək məhdudiyyətlərinin səviyyəsi və xəbərlərin işıqlandırılmasında maneələrlə müəyyən edilir. Araşdırma göstərir ki, dünyada, xüsusən Asiya və Yaxın Şərqdə, amma eyni zamanda Avropada da jurnalistlərin həssas mövzuları araşdırması və işıqlandırması getdikcə daha da çətinləşir, deyə məruzədə bildirilir.

İctimaiyyəti yanıldan yanlış və ya saxta xəbərlər əhəmiyyətli problemə çevrilib.

Ardıcıl olaraq beşinci ildir ki, Norveç birinci yeri tutur, baxmayaraq ki, ölkə kütləvi informasiya vasitələri pandemiya haqqında ictimai məlumat əldə etməyin mümkün olmadığını bildirirlər. Finlandiya 2-ci yerdə qalıb, İsveç isə (3-cü yer, +1) ötən il Danimarkaya (4-cü yer) güzəştə getdiyi üçüncü yerə qayıdıb. Beləliklə, 2021-ci ilin qiymətləndirməsi mətbuat azadlığının qorunub saxlanması məsələsində “Şimal üstünlüyü” və ya “Skandinaviya modeli” formasını təsdiq edir.

Hazırda 180 ölkədən cəmi 12-si və ya 7%-i əlverişli informasiya mühiti ilə fəxr edə bilər (Ağ Siyahı).

36 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət normal hesab olunur (Sarı Siyahı).

59 ölkədə ciddi problemlər var (Qəhvəyi Siyahı).

51 ölkədə vəziyyət pisdir (Qırmızı Siyahı).

Nəhayət, 20 ölkədə mətbuat azadlığı sahəsində vəziyyət həddindən artıq ağırdır (Qara Siyahı).

“İndeks”in ən sonunda Türkmənistan (178), Şimali Koreya (179) və Eritreya (180) var. Bu ölkələrdə xəbərlərə və informasiyaya mütləq nəzarət qalmaqdadır. Belə ki, ilk iki ölkə COVİD-19 hadisələri haqqında heç bir məlumat vermir, sonuncu ölkə isə indiyədək 20 il əvvəl həbs edilmiş onlarla jurnalistin aqibətini açıqlamır.

Mətbuat azadlığı göstəriciləri ən əlverişli olan qitələr Avropa və Amerika (Şimali və Cənubi) olaraq qalır.

Şərqi Avropa və Orta Asiya, xüsusən Belarusda (158-ci yer) baş verən hadisələr – prezident seçkilərinin elan olunmuş nəticələrinə görə etiraz aksiyasının miqyasını gizlətmək məqsədilə jurnalistlərə qarşı miqyasına görə misli görünməmiş repressiyaların müşahidə olunması ilə əlaqədar regionda axırdan əvvəlki yerdə qalmaqdadır.

Bir sıra Şərqi Avropa və Orta Asiya ölkələrində Allot və Sandvayn kimi transmilli korporasiyaların proqram təminatı vasitəsilə İnternetin tamamilə bloklanması üzrə “eksperimentlər” keçirilib. Qafqazda bu, 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı Azərbaycanda (167-ci yer) baş verib.

Bəzi hökumətlərin qarşısıalınmaz senzurasının məqsədi, Rusiyada (150-ci yer, -1) olduğu kimi,  informasiyaya nəzarət etməkdən ibarət olub. Orada müstəqil kütləvi informasiya vasitələri aylarca hökumətin Covid-19 pandemiyasının necə keçdiyi barədə yalan məlumatlarına qarşı mübarizədə güclü təzyiqə məruz qalıblar.

Ermənistan və Gürcüstan – Azərbaycanın qonşuları müvafiq olaraq 63-cü və 60-cı yerdə, Qəhvəyi Siyahı ölkələri arasında yerləşib.

Azərbaycanın ən yaxın qonşuları Tacikistan (162), İraq (163), Liviya (164), Misir (166) olub.

Azərbaycan Səudiyyə Ərəbistanından (171), Suriyadan (174), Çindən (177) öndə olub.

* 2002-ci ildən etibarən dərc olunan Mətbuat Azadlığı İndeksi jurnalistlərin müdafiəsi üçün əsas alətdir. Bu, kütləvi informasiya vasitələrinin azadlığı ilə bağlı vəziyyətin plüralizmin, media azadlığının qiymətləndirilməsinə, qanunvericiliyə və ölkədə jurnalistlərin müdafiə səviyyəsinə əsaslanan əksidir.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam