Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Distant təhsilin mənfi və müsbət tərəfləri-Müəllimə bu barədə danışır

 

 

 Yenixeber.org: Bildiyimiz kimi, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib və bu qərar hələ də qüvvədədir. Ümumilikdə mart ayından pandemiya ilə bağlı ölkədə təhsil onlayn formada həyata keçirilməyə başlanıb. Bu hal əvvəlcədən heç təsəvvür edilmədiyi üçün müxtəlif elektron cihazlardan internetə qoşularaq dərslərə qatılmaq ciddi problemlərə səbəb oldu. Hələ də bu məsələdə problemlə qarşılaşan, əziyyət çəkən ailələr var. Bir çox ailədə internetə qoşulmaq üçün nə kifayət qədər cihaz var, nə də normal internet.

 Distant təhsilin çatışmazlıqlarını və təhsil sahəsindəki hazırkı vəziyyəti orta məktəblərin birində ingilis dili və ədəbiyyatından dərs deyən Aygün Həsənova ilə müzakirə etdik.

Aygün müəllimə, distant təhsili necə qiymətləndirirsiniz?

Distant təhsilin həm müsbət, həm də mənfi tərəfləri var. Mən ingilis dilini tədris etdiyimə görə distant dərsə qoşula bilən şagirdlər üçün tədris daha keyfiyyətlidir. Çünki ənənəvi dərsdə ibtidai sinifdə ingilis dilinə verilən bir saat ərzində bütün şagirdlərə mətnlərin düzgün oxunuşunu mənimsətmək mümkün olmur. Distant təhsildə isə səslər vasitəsilə uşaqların dinləməsi inkişaf edir, hər birinə ayrılıqda yanaşmaq, səhvlərini izah etmək imkanı genis olur. Mənfi cəhəti odur ki, bütün uşaqlar müxtəlif səbəblərdən internetə qoşula bilmir. Məsələn, hər ailədə telefon və ya kompüter olmur, uşaq bu səbəbdən də dərslərə qatıla bilmir. Və ya ailədə iki-üç şagird var, kompüter isə bir dənədir. Bir kompüterlə eyni anda dərslərə necə qoşulsunlar? Distant təhsilin mənfi cəhətlərindən biri də şagirdlərin sosiallaşmasına pis təsir göstərməsidir. Kompüter şüalarının onların sağlamlığına zərəri, uşaqları tez yorması kimi cəhətləri də qeyd etmək olar.

Dərslər çox təxirə düşdü. Müşahidə etdiyimiz qədər, uşaqlar dərslərdən çox uzaq qalıb və yadırğayıblar.

Dərslər təxirə düşsə də, televiziyada və Təhsil Nazirliyinin saytında hazır tele-dərslərin videolarına baxmaqla müəyyən çətinlikləri aradan qaldırmaq mümkündür. Yenə də internetin zəif olması, məhdud şəkildə verilməsi əsas problem olaraq qalır.

Şagirdin uğurlu olmasında, bu çətin vəziyyətdən rahat çıxmasında valideynin rolunu necə qiymətləndirirsiniz?

Təbii ki, şagirdlərin uğurlu olmasında valideynin böyük rolu var. Diqqət mərkəzində olan uşaqların dərsə qoşulması digərlərinə nisbətən yüksək faiz təşkil edir.

Tədris ilinin dondurulması haqda sizin düşüncələriniz necədir?

Tədris ilinin dondurulması düzgün fikir deyil. Bu, şagirdlərin daha da zəifləməsinə gətirib çıxara.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam