Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

II qrup əlil, Qarabağ müharibəsi iştirakçısından Əli Həsənovun ailəsindən və qohumundan Prezidentə müraciət --FOTOLAR

 




 Yenixeber.org: Hər bir xalq öz mərd oğul və qızları ilə tanınır. Vətənin dar günündə onun harayına gələn igid oğul və qızlarımız düşmənə bir daha sübüt etdilər ki, bizim torpaqlarımız, ərazi bütövlüyümüz bölünməzdir və hər zaman onun müdafiəsinə hazırıq. Belə igid, vətənpərvər oğullardan biri də Namiq Heydər oğlu Mehdiyevdir. O, bir döyüşçü, məcburi köçkün kimi bu gün öz həyatını yaşayır, amma ciddi problemlə üzləşib.

Amma vətən üçün əsl vətənpərvər olanlar heç də problemlə üzləşməməlidirlər. Ona görə ki, onlar həmişə xalqın gözündə bir zirvə kimi ucalırlar. Ölkə rəhbərliyi, şəxsən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev daim belə oğullarımızı diqqət və qayğı ilə əhatələndirib. Onlara bir çox güzəştlər edilib və edilir də…

 
Bu günlərdə redaksiyamıza daxil olmuş müraciəti olduğu kimi təqdim edirik: 1993-cü ildən məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmış, Milli Ordumuzun sıralarında vətənimizin müdafiəsində olmuş II qrup müharibə əlili Mehdiyev Namiq Heydər oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Namiq Mehdiyev bildirir ki, ordudan tərxis olunduqdan sonra, 1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsində yerləşən fərdi yaşayış evinin sahibindən həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 1,5 torpaq sahəsini alıb yaşayış evi tikdim. Evi tikərkən mənə RİH tərəfindən müharibə əlili olmağım nəzərə alınaraq müəyyən köməkliklər də olundu. Evimi bütün kommunal xidmətlərlə də təmin etdilər. 1995-ci ildən ailə üzvlərimlə birlikdə həmin evdə yaşayırıq. Hətta sahibliyimdə olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsən bəy Ağayev küçəsi ev-37 mənzilimə 2018-ci ildə Çıxarış verilərək şəxsi mülk kimi dövlət qeydiyyatına da alındı. Yaşadığım evimin yanındakı ərazi əvvəllər boş sahə olsa da, sonradan həmin sahə bir nəfər tərəfindən alınaraq daşla hasarlandı və həyətin ortasında üçmərtəbəli ev tikildi. 2018-ci ildə həmin ev başqa bir şəxs tərəfindən alındı və həyətdə mövcud olan evin yanından mənim evimə tərəf yeni üçmərtəbəli ev tikdirməyə başladılar. Yəni, mənim evimə qədər bünövrə yeri qazdılar. Mən həmin şəxslərə etiraz edərək apardıqları tikintinin mənim evimə birləşdirilməməsini, heç olmasa evimdən 2 metr aralı aparılmasını istədim və əlavə etdim ki, bu tikilidən sonra mənim evimdə yaşamaq qətiyyən mümkün olmayacaq. Çünki evim havaya, gün işığına həsrət qalacaq. Lakin onlar tikinti normalarını pozaraq işlərini davam etdirdilər. Mən bu qanunsuz tikinti ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etsəm də, şifahi olaraq mənə bildirdilər ki, həmin ərazi Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona xanım tərəfindən alınıb. Yaxınlarının, yəni Sona xanım Vəliyevanın əmisi oğlu Fərmayıl Vəliyevin həyat yoldaşı Gülər Vəliyevanın adına rəsmiləşdirilib və tikinti işləri də onun göstərişi ilə aparılır. Biz heç nə edə bilmərik. Demək istəyirəm ki, mənim şikayətlərimə məhəl qoyulmadı, evimə bitişdirilməklə ərazidə üçmərtəbəli tədris korpusu formasında bina tikildi. Hətta binanın mənim həyətimə, evimə tərəf olmaqla hər 3 mərtəbəsində pəncərələr qoyuldu. Binada tikinti və təmir işləri aparılarkən tikilinin zibilləri evimin damına tökülürdü. Bir dəfə tikintidə işləyənlərdən birinin çəkdiyi siqareti mənim evimin damına atması nəticəsində evin damına tökülmüş həmin zibillər yanmış və yanğın tikinti işçiləri tərəfindən dərhal söndürülmüşdür. Yəni, evimi yanmaqdan xilas etmişlər.

 
Onu da qeyd edim ki, mən qanunsuz tikinti işləri aparanlara belə bir təkliflə müraciət etdim. Dedim ki, mən II qrup müharibə əliliyəm. Sağlamlığım bu yararsız şəraitə saldığınız evdə yaşamağa imkan vermir. Bu evi verim sizə, məni elə bu ərazidə başqa yaşayış sahəsi ilə təmin edin. Ailəmlə birlikdə köçüb orada yaşayaq. Amma onlar bundan da imtina etdilər.

Hörmətli GundemXeber.Az redaksiyası!

Mən bildirmək istəyirəm ki, bu gün dövlətimiz, onun Prezidenti cənab İlham Əliyev hər bir vətəndaşın qayğısına qalır. Xüsusən də isti yurd-yuvalarını itirmiş məcburi köçkün və qaçqın soydaşlarımızın. Hər zaman onun diqqət və qayğısını hiss edirik. Yürütdüyü daxili və xarici siyasəti də dəstəkləyirik. Amma təəssüflər olsun ki, bəzən yerində olmayan, daha doğrusu, tutduğu vəzifəyə layiq olmayan məmurlar da var və nəinki onların özləri, hətta həyat yoldaşları belə vəzifədən sui-istifadə edir, özlərinin xoş güzaranı naminə ətrafdakıları saymır, istədikləri kimi hərəkət edirlər. Əli Həsənovun Prezidentin köməkçiçi vəzifəsini icra edərkən etdiyi əməllər artıq hər kəsə məlumdur. Dövlət başçısının sərəncamı ilə vəzifəyə təyin olunanlar əgər bu vəzifədə özlərini doğrultmurlarsa, xalqın qayğısına qalmırlarsa, dövlətimizi düşünmürlərsə, yalnız öz mənafelərini güdürlərsə, tutduqları vəzifədən dərhal uzaqlaşdırılmalıdırlar. Mən vətənimizin üzərini qara buludlar alarkən, 1992-ci ildə Milli Ordu sıralarında Vətən uğrunda döyüşərkən, canımı Vətən yolunda qurban verərkən Əli Həsənov və onun xanımı Sona kimiləri evində rahat-firavan şəraitdə güzaranını sürürdü. Sona xanım həyat yoldaşının vəzifədə olduğundan sui-istifadə edərək bir çox qanunsuzluqlara əl atıb. Hər yerdə, hər tində belə tikilən ev, obyektdə onların adları hallanır. Belə çıxır ki, bu həyatda ancaq onların qanunları həyata keçirmiş. Amma unudurlar ki, qanun şahdır, şah qanun deyil. Haqq-ədalət gec də olsa, öz yerini tapır. Qanun qarşısında hamımızın boynu qıldan incədir.

 
Əlbəttə, bü gün bizim hər birimiz rahat işləyib əmin-amanlıq şəraitində yaşamağımıza görə döyüşçülərimizə, vətən oğullarına, şəhid övladlarımıza və onların ruhlarına belə borcluyuq. Bilməliyik ki, bütün bunlar vətən üçün gecəli-gündüzlü sərhədlərdə ayıq-sayıq keşik çəkənlərimizin sayəsindədir. Amma bu gün Sona xanım mənim yaşadığım evin bitişiyində tikdirdiyi evlə hüquqlarımı pozur və tapdalayır. Həmin ev də cavabdeh, Sona xanımın əmisi oğlu Fərmayıl Vəliyevin (Fərmayıl Vəliyev Sabunçu rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsində çalışır. Əvvəl isə Nizami rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsini icra edirdi) həyat yoldaşı Gülər Məhəmməd qızı Vəliyevanın adına sənədləşdirilib.
Əli Həsənov vəzifədə olarkən bu məsələnin sözsüz ki, həllini tapması mümkünsüz idi. Lakin bu gün Əli Həsənov və onun kimilərinin əməlləri artıq ictimaiyyətə məlumdur. Ən azında bu məsələdə məlum olur ki, Əli Həsənov bir çox obyekt və mənzilləri öz qohum və ya yaxınlarının adına keçirməklə rəsmiləşdirib. Xalqın hesabına vəzifəyə çəkilsə də, xalqı heç zaman düşünməmiş, ancaq öz mənafeyini güdmüşdür. Xalqın gözü tərəzidir. Artıq ağı qaradan, yaxşını pisdən ayırmağı bacarır. Dövlətimiz və onun başçısı da sağ olsun ki, xalqın qeydinə qalmayanları, vəzifəsindən sui-istifadə edənləri cəzalandırır.
Cavabdeh Gülər Vəliyevanın tikinti işləri aparması, həmin tikinti işləri ilə hüquqlarımı pozması barədə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara müraciətlər, şikayətlər etsəm də, sonda mənə müxtəlif cavablar verilərək məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. Mən artıq çarəsiz qalmışam. Çıxış yolum yalnız bütün döyüş yoldaşlarımla etiraz əlaməti olaraq yürüş təşkil etmək olacaq. Çünki əgər bir döyüşçünün hüquqları tapdanırsa, onun müdafiəsinə qalxan yoxdursa, bu zaman vay bizim halımıza.
Xahiş edirəm ki, mənim bu qanunsuz işlə rastlaşdığım problemi ictimailəşdirib müsbət həllində mənə köməklik göstərəsiniz.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

GundemXeber.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam