Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İradə Gülməmmədovadan növbəti narazılıq: “Akif Əliyev həbs edilsə də, rayondakı qanusuz tikinti davam edir”-PROBLEM

Redaksiyamıza Abşeron  Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı şikayət məktubu daxil olub. Qarşı tərəfin də cavab haqqını tanımaq şərtilə həmin məktubu təqdim edirik:

Yenixeber.org: “Son günlər akademik Ramiz Mehdiyevin Abşeron rayonu ərazisindəki bağ evində karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə keçirdiyi toy şənliyi media gündəmini zəbt etməkdədir. Toy mərasimində iştirak edən tanınmışlar millət vəkili Siyavuş Novruzov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və İnformasiya texnologiyalar naziri Əli Abbasov, Ombudsman Səbinə Əliyeva cərimələniblər. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası isə Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 gün inzibati qaydada həbs olunublar. Bizdə olan məlumata görə, toy şənliyinin keçirilməsinə təxminən 3-4 gün qalmış Abşeron İcra başçısı İradə Gülməmmədova Novxanıya gedən yolları, Masazır və Novxanı yolunu təmizlətmiş, yolda olan dağınıq yerləri yenidən tez-tələsik təmir etdirmişdir ki, toya gedən qonaqlar rahatlıqla hərəkət edə bilsinlər”.

Şikayət məktubunda daha sonra bildirilir ki,

İradə Gülməmmədova  yalnız  icra başçısı kimi öz vəzifələrini icra etmir, vəzifəsindən istifadə edərək tikinti maqnatı kimi çalışır: “ Hətta bu işdə ona mane olan Abşeron İcra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri, prezidentin sərəncamı ilə «əməkdar memar» fəxri adı verilmiş Akif Əliyevi həbs etdirmişdir. Deyilənlərə görə,  Akif Əliyevin bacısı bu qanunsuzluğa dözməyərək intihat edib.

Bütün rayon sakinlərinə məlumdur ki, Akif Əliyev Abşeron İcra hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri vəzifəsində işləməsinə baxmayaraq, İradə Gülməmmədovanın qanunsuz əməlləri nəticəsində öz vəzifələrini icra edə bilməyib. İradə Gülməmmədova icra başçısı təyin olunandan sonra Akif Əliyevin möhür  və ştampını  əlindən alaraq, onları  icra hakimiyyətində qeyri -qanuni fəaliyyət göstərən Şamil adlı şəxsə, peçatı isə öz bacısı oğlu Babəkə verib. Rəsmi olaraq Abşeron rayonunda bir nəfər icra başçısı olsa da, rayon ən azı 8-10 nəfər tərəfindən idarə olunur. Bu 8-10 nəfər isə İradə Gülməmmədovanın qardaşı Rövşəndən, bacısı oğlu Babəkdən, Şamil, Seymur və sairə işçilərdən ibarətdir. Rayon ərazisində kimsə tikinti işi görmək üçün mütləq olaraq bu şəxslərdən birinə müraciət etməli, tikintiyə uyğun olaraq haqq-hesab verməli və tikinti işlərinə başlamalıdır. Bu yolla İradə Gülməmmədova hər ay külli miqdarda  gəlir əldə edir. Akif Əliyevin də peçat və ştempelini ona görə almışdı ki, Akifin bu işlərdən və İradənin qazancından məlumatı olmasın. Görün iş nə yerdə olmuşdur ki, dövlət orqanına məxsus rəsmi peçat və ştempel heç bir yerdə işləməyən, qeyri-qanuni pul yığma işlərinə baxan şəxslərdə olub.  İradə Gülməmmədova Akifdən xahiş edib  ki, sən narahat olma özünü təslim et, mən səni ən uzağı 10 günə qurtaracam. Lakin, üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, İradə Gülməmmədova Akif Əliyevi buraxdırmır, əksinə onun ailəsini də sussunlar deyə təzyiqlərdə saxlayır və hədə-qorxu gəlir. O da qeyd olunmalıdır ki, işin istintaqını aparan müstəntiq tərəfindən rayon ərazisində tikinti işləri görən şəxslər istintaqa cəlb edilmiş, onların heç biri Akif Əliyevə pul vermələrini təsdiq etməmiş, hamısı pulları ya Şamlə, ya Babəkə və yaxud da başçının qardaşı Rövşənə vermələrini təsdiq etmişlər. Amma, nədənsə adları çəkilən şəxslər bu günə kimi istintaqa cəlb olunmamışlar. Akif Əliyevin həbsindən sonra da tikinti işləri davam edir. Tikintilərə yeni-yeni sərəncamlar verilir. İndi sual olunur: əgər bu işləri Akif edirdisə və buna görə həbs olunmuşdursa onun həbsindən sonra bu işləri kim görür? Həmin şəxslər niyə istintaqa cəlb olunmur və həbs olunmurlar? 

İradə Gülməmmədovanın qardaşı, Rövşən Quliyevin oğlu Rauf Quliyev Binəqədi rayonu ərazisində etdiyi bir cinayət əməlindən İradə Gülməmmədovanın səyi nəticəsində yayına bilib.  Abşeron rayonu bərbad gündədir. Kim harada istəyir tikinti tikir. Tikintinin isə hər kvadratmertinə görə qiyməti dəyişir. Ümummilli liderin adını daşıyan prospekt keçilməz haldadır. Ulu Öndər Heydər Əliyevin adını daşıyan park uçulub dağılır. Hansı ki, həmin park öz gözəlliyi və yenidən qurulması ilə respublikada ən yaxşı park hesab olunurdu. İradə Gülməmmədovanı rayonu abadlaşdırmaq maraqlandırmır, onun niyyəti ancaq və ancaq tikinti işlərindən pul qazanmaqdır. Rayona ayrılan pullar İradə Gülməmmədovaya yaxın olan, yalançı tenderlər tərəfindən mənimsənilir”.

Şikayətçilər bildirilər ki, bu dözülməz vəziyyətlə bağlı rəsmi dövlət qurumlarının qarşısında etiraz aksiyası keçirməyi planlayırlar. (azinforum.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam