Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəbrayıl Həsənov: "Ermənilərlə güləşəndə yalnız qələbəni düşünürük" -MÜSAHİBƏ

 

 

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Cəbrayıl Həsənovun müsahibəsi

Yenixeber.org: - İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazandınız. Ötənilki titulunuzu qoruya bilməməyinizin əsas səbəbi nə idi?

- Mən də istəyirdim ki, qızıl medal qazanım. Azərbaycanda 4-cü dəfə bunu əldə edən yoxdur. İstəyirdim ki, 4 qat Avropa çempionu olum. Bəzi zədələrim buna imkan vermədi. Amma buna baxmayaraq, medalsız qayıtmadım.

- Builki zəif nəticənin əsas səbəbi zədə idi?

- Bəli. İki yerdə zədəm var. Məşq prosesini də tam keçə bilmədim. Tam olaraq hazır deyildim.

- Hazırda zədənizin durumu necədir? Məhz buna görə yığma komandadan kənarda qalmısınız...

- Boyun fəqərəmdə yırtıq, ayağımda isə çat var. Hazırda zədələrimi müalicə edirəm. Növbəti təlim-məşq toplanışında milliyə qoşulmağa çalışacağam.

- Romadakı yarışın 1/4 finalında Ermənistan təmsilçisi Arman Avaqyanı məğlub etdiniz. Milli komanda olaraq, qitə yarışında ermənilərə qarşı aşkar üstünlüyünüz oldu. Siz onlarla görüşə əlavə motivasiya ilə çıxırsınız?

- Əlbəttə. Güləşçilərimiz ermənilər üzərində möhtəşəm qələbələr qazandı. Ağahüseyn Mustafayev və yunan-Roma güləşçisi Sənan Süleymanovu misal göstərə bilərəm. Erməniləri məyus etdilər. Biz onlarla güləşəndə ancaq qələbə haqqında fikirləşirik. Mən də Ermənistanın bir idmançısı ilə üz-üzə gəldim və onu məğlub edə bildim.

- Tokio-2020 Yay Olimpiya Oyunları üçün hansı lisenziya turnirinə qatılmaq istəyirsiniz?

- Böyük ehtimalla, martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazır ola bilməyəcəyəm. Hazır olsam, apreldə Bolqarıstanın paytaxtı Sofiyadakı təsnifat yarışında iştirak etmək istəyirəm. Məşqçilər məsləhət görsələr, ikinci yarışda iştirak etmək niyyətindəyəm. Əsas hədəf orada lisenziya qazanıb, olimpiadaya hazırlaşmaqdır.

- Təsnifat yarışında və qismət olsa, olimpiadada sizi hansı çəkidə görəcəyik?

- 86 kq çəki dərəcəsində çıxış etmək istəyirəm.

- Bu çəkidəki rəqabətdən xəbardarsınız?

- Lisenziya turnirində iştirak edəcək güləşçilərin çoxunu tanıyıram. Çoxları ilə də güləşmişəm. Hazır olsam, lisenziya da qazanaram. Niyə də olmasın?

- 86 kq-ı Avropa çempionatında sınamaq olmazdı?

- Romadakı yarışda bu çəkidə mübarizə aparmaq istəyirdim. Federasiya rəhbərliyi və məşqçilər dedilər ki, qeyri-olimpiya çəkisi olan 79 kq-da çıxış etsən, yaxşı olar. Həm də tam hazır deyildim. Son təlim-məşq toplanışında zədəyə görə yaxşı məşq edə bilmədim.

- "Tokio-2020" sizin üçün sonuncu olimpiada ola bilərmi?

- Mənim üçün bəlkə də sonuncu ildir. Qismət olsa, sonuncu dəfə olimpiadada çıxış edəcəyəm. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam