Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İqor Ponomaryov: "Prezidentin "Şöhrət" ordeni yubileyimə çox gözəl hədiyyə oldu"

 

"Bu, mənim üçün sevindirici xəbər oldu. Təltif olunduğumu ilk dəfə sizdən eşitdim. Möhtəşəm hisslər keçirirəm. Təbriklərə görə çox sağ olun". 

Yenixeber.org: Bunu Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu və "Sabah klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif olunmasına dair təəssüratlarını bölüşərkən deyib. 

Veteran futbolçu 60 yaşının tamamlandığı gün onu fəxri ada layiq gördüyü üçün dövlət başçısına təşəkkürünü bildirib: "Futbolun inkişafında, idman hərəkatındakı xidmətlərimi qiymətləndirdiyi üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bu, mənim üçün çox gözəl hədiyyə oldu. Bir daha böyük diqqətə görə İlham Əliyevə təşəkkür edirəm. Belə bir ordenə layiq görülmək mənim üçün şərəfdir".

Hazırda İspaniyada olan İ.Ponomaryov yubileyini ailəsi ilə birgə qeyd edəcəyini vurğulayıb: "Bilirsiniz, Azərbaycanla İspaniya arasında 3 saatlıq fərq var. Səhəri məhz belə bir xoş xəbərlə açdım. 2019-cu ilin dekabrında "Sabah"ın baş məşqçi postunu tərk etdikdən sonra İspaniyaya gəlmişik. Burada biznesimiz var. Hazırda Malaqa şəhərindəyəm. Doğum günümü də elə burada ailəmlə qeyd edəcəyəm". 

Məşhur penalti ustası "Sabah"ı izlədiyini desə də, komandanın çıxışını şərh etmək istəməyib: "Çünki indi bunun yeri deyil. Mənə xoş xəbər verdiniz. Bir daha sizə minnətdarlığımı bildirirəm. "Sabah" haqqında başqa vaxt danışarıq". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam