Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Çinin digər şəhərlərində də ticarət və şərab evləri açacaq

 

Azərbaycanın Ukrayna və Latviyada ticarət evlərinin açılması ilə bağlı işlər artıq yekunlaşır

 

Yenixeber.org:  Bunu  İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. 

Onun sözlərinə görə, bundan əlavə, Çinin Şanxay şəhərindən başqa digər bölgələrində də ticarət və şərab evlərinin açılması nəzərdə tutulub: "Təkcə Şanxayla məhdudlaşmaq olmaz. Çin bazarı kifayət qədər böyük bazardır. Bu ölkənin müxtəlif bölgələri ilə işləməliyik. Bu tipli mexanizmlər Azərbaycanın Çinə qeyri-neft ixracının həcminin artmasında böyük rol oynayacaq". 

R.Məmmədov həmçinin ilin sonuna qədər 12-13 ixrac missiyasının həyata keçiriləcəyini də deyib: "Bu missiyalar həm ənənəvi, həm də yeni bazarlara olacaq". 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam