Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır”



 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Amerikanın Səsi”nə müsahibəsində Ermənistan-Rusiya münasibətləri və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Yenixeber.org müsahibəni oxucularına təqdim edir:

Ermənistanın yeni baş naziri ilk səfərini Rusiyaya etdi? Rusiya-Ermənistan münasibətlərinin perspektivləri necə görünür?

-Çətin sualdır. Hələ ki, Nikol Paşinyan təzə başlayıb və fəaliyyətinə ziddiyyətli çıxışlarla başlayıb. O müxalifətdə olanda deyirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Deyirdi ki, lazım olanda Rusiya Ermənistanı qabağa çəkir, lazım olanda satır, lazım olanda, elə-belə, oyuncaq kimi bizimlə davranır. Xüsusilə onun fikirləri, daha çox aprel müharibəsindən (2016-ci il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda hərbi əmliyyatların bərpası nəzərdə tutulur-red) sonra yayıldı. Deyirdi, yenə ruslar satdı, azərbaycanlılar gəldi bizi qırdı, rus tərpənmədi və s. Bununla bağlı Paşinyan bir neçə dəfə fikir səsləndirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Ancaq, Paşinyan hakimiyyətə gəlməyə yaxınlaşanda, onun fəaliyyəti geniş vüsət alanda, böyük hərəkat başlayanda, hərkat bundan tələb etməyə başladı ki, xeyr, Rusiya bizə lazımdır, Rusiya bizə vacibdir. Xahiş edirik, Rusiyanın xətrinə dəyməyin və o geri çəkildi. Başladı ki, hə, yox mən elə deməmişəm, mən başqa cür demişəm. Rusiya bizim can-ciyərimizdir, həmişə bir olacağıq. Bəzi məsələləri yenidən danışacağıq. Amma, ümumən biz onun hərbi, ticari ittifaqlarında fəal iştirak edəcəyik. Bax belə, qalıbdır bu iki fikrin arasında. Burada qərb məsələsi də var. O qərblə münasibətlərini necə quracaq? Əvvəl-əvvəl Paşinyanı qərbpərəst kimi tanıyırdılar. Xüsusilə də deyirdilər ki, o Fransa diasporasının təsiri altındadır. O qərblə bütün əməkdaşlığın genişləndirlməsinin tərəfdarıdır. Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin genişləndirilməsinin tərəfdarı kimi tanınırdı. İndi isə Ermənistanın ruspərəstləri onu sıxırlar. Baxaq görək, o dözə biləcək, ya yox. Amma, hər halda ürəyində qərbpərəstdir.

Nikol Paşinyanın Moskva səfəri zamanı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı hər hansı açıqlama verilməyib? Münaqişənin bundan sonrakı nizamlanma prosesində bir yenilik ola bilərmi?

– Yenilik gözləmirəm. Həmin vəziyyət olacaq, yəni Rusiyanın mövqeyi belədir ki, status-kvo necə var, elə də qalacaq. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı qarmaqda saxlamaq istəyir. Buna görə də indiki vəziyyət Rusiyaya sərf edir. Kim də ki, nəsə Rusiyanın xoşuna gəlməyən addımlar atsa, o saat onu cərimələyirlər. Ya Azərbaycanı Ermənitsanın üzərinə buraxıralar, ya Ermənistanı Azərbaycanın üzərinə buraxırlar. Status-kvo belə qalacaq, çünki Rusiya belə istəyir.

Azərbaycanın xarici işlər naziri mayın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişə ətrafında yaranmış son durumu müzakirəedib? Münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyində hansı yeniliklər ola bilər?

-Heç bir yenilik gözləmək olmaz. Ümumən, bu, Minsk Qrupu mənasız bir qurumdur. Qarabağ probleminin bütün açarları Moskvadadır. Moskvaya fikir verin. Məsələni izləyirsinizsə, baxın, görün Moskva necə davranır, nə deyir, hansı eyhamlar edir. Qalanlarının Azərbaycanla heç bir işi, marağı yoxdur. Nə Fransanın, nə Amerikanın. Əfsus ki, belədir. Başları qarışıb Suriya, Ukrayna, indi də İran, Fələstin problemlərinə. Hələ ki, Azərbaycana çox da maraq yoxdur.

Azərbaycan indiki vəziyyətdəhansı addımları atmalıdır? Xüsusiləxarici siyasət sahəsində hansı addımlar atmalıdır?

-Mən belə deyə bilərəm ki, bizi başqa bir təhlükə gözləyir. Ola bilsin, Ermənistan demokratikləşəcək, indi Paşinyanın planları belədir. Amma Azərbaycan bu yolda heç bir addım atmır. Bu bizim zərərimizədir. Onda dünya ictimaiyyətinin gözündə, demokratik Ermənistan, anti-demokratik Azərbaycanla toqquşur. Əlbəttə, bütün simpatiyalar (rəğbət-red) Ermənistanın tərəfində olacaq. Bunu düşünmək lazımdır. Bizim anti-demokatikliyimiz, avtoritarizmimiz bizim zəifliyimizdir. İslahatlar lazımdır. Geniş siyasi islahatlar. Siyasi məhbuslar buraxılmalıdır. Söz azadlığı təmin olunmalıdır. Beynəlxalq təşkilatlar Azərbaycana qayıtmalıdır. Biz bunu etməsək, Ermənistan etsə, bu artıq bizim üçşün minusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam