Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fariz Nəcəfov:"Roman Qriqorçukun komanda ilə müqaviləsi mayda başa çatacaq" - MÜSAHİBƏ

 

 

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov evdə "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra "Report"un suallarını cavablandırıb

 

Yenixeber.org: Müsahibəni təqdim edirik:

- Matçı necə dəyərləndirirsiniz?

- "Kəpəz"lə oyunlarımız həmişə gərgin alınıb, çətin keçib. Bu gün də belə olacağını gözləyirdik. Lakin yaxşı ki, uşaqlar istəkli oynadılar və birinci hissədə matçın müqəddəratını həll etdilər. Əvvəlki qarşılaşmalarda isə qələbə qazana bilmirdik. Bu da komandanın vəziyyətini gərginləşdirirdi. 

Artıq çempionat yekunlaşır. Qarşıda 3 tur qalıb. Bir də Azərbaycan Kubokunda final matçımız var.

- Bu qələbə final oyunu üçün stimul yarada bildi?

- İndidən elə demək olmaz. Kubokla çempionat fərqli yarışlardır. Lakin belə oyunların əzmkar, istəkli alındığını görəndə final matçının maraqlı keçəcəyinə ümid yaranır. Amma demək olmaz ki, çempionatdakı qələbə kubokdakı oyun üçün stimul yaradır və ya əksinə. Finala hələ bir ay var.

- "Keşlə" ilə oyununuz "Qəbələ"də arxayınlıq yaratmayıb?

- Qətiyyən. Baş məşqçi Roman Qriqorçukla da, futbolçularla da bu barədə söhbətimiz olub. Birincisi, hələ oyuna çox vaxt var. Digər tərəfdən, final matçı bir oyunluqdur. Burada istənilən komanda qalib gələ və ya məğlub ola bilər. Ona görə də, bu görüşə hər iki komanda tam fərqli ruhda çıxacaq. Boşalmaq olmaz və arxayınlıqdan, eyforiyadan söhbət gedə bilməz.

- Belə söz-söhbətlər gəzir ki, “Qəbələ” mövsümün sonunda Roman Qriqorçukla yollarını ayıracaq. Bu, nə dərəcədə doğru məlumatdır?

- Bu barədə hələ bir söz deyə bilmərəm. Hələlik onunla heç bir söhbətimiz olmayıb. Roman Qriqorçukla belə razılaşmışıq ki, bu tip məsələləri çempionatın sonunda müzakirə edək. Onun komanda ilə müqaviləsi mayın sonunda başa çatacaq. Yalnız bundan sonra açıqlama verməyimiz mümkündür.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam