Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Elməddindən Şeyx Əbdülə cavab:O nə deyirsə…

 

 

 

 

Şeyx Əbdül Mahmudova çox böyük hörmətim var. Haqqımda nə deməsindən asılı olmayaraq, onu çox istəyirəm

 

Yenixeber.org: Bu sözəri aktyor Elməddin Cəfərov rejissor Şeyx Əbdül Mahmudovun onunla bağlı “teatrımızı Elməddindən xilas edək” fikirlərinə münasibət bildirərkən deyib. E.Cəfərov bildirib ki, Şeyx Əbdülün bu barədə ona nə isə bir söz deməsini xatırlamır:

“Mən öz işimlə məşğulam. Başımı aşağı salıb işimi görürəm. O ki qaldı teatrı məndən xilas etməyə, mən, ümumiyyətlə, teatrda işləmirəm. Filmlərdə çəkilirəm. Xaricdən 4-5 filmə dəvət almışam. Ola bilər, burada kimlərsə məni bəyənmir. Ancaq buna da şükür. Sevinirəm ki, məni bəyənən, izləyənlər də var. İstənilən halda Şeyx Əbdülün fikirlərinə hörmətlə yanaşıram. Onun mənim haqqımda nə deməsindən asılı olmayaraq, xətrini çox istəyirəm”.

Qeyd edək ki, ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Şeyx Əbdül Mahmudov Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazım olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam