Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Şeyx Əbdül: Teatrımızı Elməddindən xilas edək- Video

 

Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır

 

Yenixeber.org: Bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan aktyor, rejissor Şeyx Əbdül Mahmudov söyləyib.

Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov deyir. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda. Vaxtı ilə Alim Qasımovun gecə-gündüz tökülmüşdülər üstünə. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub. Sadəcə olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin”- Ə.Mahmudov bildirib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam