Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

MSK 35 saylı dairə üzrə nəticələri sıfırladı

MSK İqbal Ağazadənin dairəsinin nəticələrini sıfırladı

Bu dairənin nəticələrinin yaxın günlərdə ləğv olunacağı anlamına gələ bilər

 

İqbal Ağazadə: “Seçkinin qalibi faktiki olaraq, bizik”
Xeberinfo.com:   Noyabrın 1-də keçirilən seçkilərdə ən çox müzakirə olunan və gündəmdə qalan dairə 35 saylı Xətai 3-cü seçki dairəsi oldu. Hazırda dairədəki nəticələr ətrafında başlayan proses hər gün yeni macəraya qədəm qoyur. MSK tərəfindən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunsa da, digər iddiaçı Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrin saxtalaşdırıldığını bildirmişdi. 
İ.Ağazadə üç məntəqədən protokolları əldə edə bilmədiyini, məhz bu məntəqələr üzrə A.Əlizadəyə 2800 səs yazıldığını və bunun hesabına onun qalib elan olunduğunu bəyan etmişdi.
 
Mərkəzi Seçki Komissiyasının saytında 35 saylı dairə üzrə nəticələr sıfırlanıb. Bu isə, dairənin nəticələrinin yaxın günlərdə ləğv olunacağı anlamına gələ bilər. 
Məsələ ilə bağlı İ.Ağazadə ilə əlaqə saxladıq. Partiya sədri məlumatın doğru olduğunu bildirdi: “MSK-nın saytında dairənin nəticəsi sıfırlanaraq silinib. Bu məlumat doğrudur. Dairənin nəticələrinin ləğv olunması barədə bir söz deyə bilmərəm. Əlimizdə olan faktlar hesab edirəm ki, kifayət qədər müsbət rol oynayacaq. Mübarizəmizi davam etdirəcəyik. Əlimizdəki protokollarla seçkini udmuşuq. Seçkinin qalibi faktiki olaraq, bizik. Üç məntəqə ilə bağlı iddiamız davam edir. Bundan başqa bütün dairə üzrə olan protokollarla bağlı iddialarımız var. Sona qədər iddiamızı davam etdirəcəyik”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam