“Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram”.
Yenixeber.org: Bu sözləri hazırda Moskvada olan müğənni Damla İnstaqramda yazıb.
Koronavirus səbəbilə Azərbaycana dönə bilməyən ifaçı sözlərinə belə davam edib:
“Hər sabah bir ümid, bir işıqla oyanırsan... Amma yenə də ümidlərin puça dönür. Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri hesablamağa başlayırsan. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədim deyə, yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək... Çox darıxıram”.
Qeyd edək ki, Damla martda toy dəvətləri olduğu üçün köməkçisi ilə Rusiyaya yollanıb, sərhədlər bağlandığı üçün məcburən orada qalıb.