Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İçərişəhər" Roma ilə əməkdaşlıq edəcək

 
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) ilə Roma şəhər meriyası arasında əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.
Yenixeber.org: "İçərişəhər" DTMQİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bəyannamənin imzalanmasında məqsəd UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan çoxsaylı tarix və mədəniyyət abidələrinin olduğu hər iki tarixi şəhər arasında əməkdaşlıq münasibətlərinin yaradılması, abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə fəaliyyətlərin və təcrübə mübadilələrinin həyata keçirilməsidir.

Bu İdarə tərəfindən imzalanmış ilk belə sənəddir və hazırda dünyanın bir neçə qədim tarixi və mədəni irsə malik şəhərləri ilə əməkdaşlıq barədə sənədlərin imzalanması barədə danışıqlar aparılır.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 20-dən 22-dək İtaliyaya dövlət səfəri çərçivəsində Roma şəhərinin meri Vircinia Raggi ilə görüşüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam