Müğənni Xatirə İslam yenidən artıq çəki alıb.
Yenixeber.org: Plastik əməliyyatla piylərini çəkdirib, bədən şəkilləndirmə əməliyyatı etdirən sənətçi pəhriz saxlaya bilməməkdən şikayətlənib.
"Sizcə, yeməyə olan sevgini hansı yolla azaltmaq olar? Bu, mümkündür?" deyə, Xatirə izləyicilərinə sual ünvanlayıb.
Qeyd edək ki, sənətçinin 8 saat davam edən əməliyyatında onun bədənindən 3 litr piy çəkilmişdi. Müğənni açıqlamalarının birində əvvəllər bir oturuma yarı qoyun yediyini etiraf etmişdi.