Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Brilliant Röya haqqında nələr demədi... –Böyük qalmaqal

 

Brilliant Röya haqqında nələr demədi... – Böyük qalmaqal

"Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbəri olmadığın məsələdən danışmaq olmaz. 

İkincisi, vətənpərvərlik hissləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam. Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmağa çalışmışam. Lazım olan yerdə mübahisə etmişəm".

Yenixeber.org: Bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqramda Röya ilə aralarında yaşanan qalmaqal barəsində danışarkən yazıb. Sənətçi Röya Ayxanın “Millətimi incidən millətə super yazmaram, yaza bilmərəm” sözləri ilə bağlı videoaçıqlama yayıb:

"Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim.

Biz musiqidəyik. Bizim "Tərəkəmə", "Vağzalı" kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona "super" deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökümə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür.

Ailəmdən beş şəhid olub. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə "sənətkarımsan" deyən adamdan bunu gözləməzdim.

Pozub deyən, siyasi savadı olmayanların nəzərinə çatdırım ki, şəxsi fikirlərimin, doğru bildiyimin arxasındayam hər zaman! Yazdığımı heç vaxt pozmaram, dediyim sözü də heç vaxt danmaram! “Like” larımı qoyub silməmi bu qədərmi yaxından, addım-addım arxamca izləyirmişsiniz. Elə isə o məcrada da davam edin!".

Xalq artisti Röya Ayxan isə Brilliant Dadaşova ilə aralarında yaranan incikliyə son qoymaq istədiyini bildirib:

"Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğurdan da, mənim fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi ilə onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!"

Xatırladaq ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin Brilliant Dadaşovanın erməni musiqiçinin ifasına super yazmasına aşağıdakı fikri bildirmişdi:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini və problemlərini çəkirəm. Hələ bu qədər əziyyət qarşısında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm. Fikrini deyib, sonra pozub". /publika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam