Türkiyənin məşhur aktyoru Oktay Kaynarca Bakıya gəlir.
Yenixeber.org: Aktyor noyabrın 29-da paytaxtımıza təşrif buyuracaq. Məşhur aktyor kişi geyim mağazasının açılışında iştirak edəcək.

Qeyd edək ki, Kaynarca dekabrda da Bakıya gələcək. Kino və serial ulduzu rol aldığı “Aman Reis Duymasın” filminin Bakıdakı qala gecəsinə qatılacaq.

Onur Tanın rejissorluq etdiyi ekran işinin premyerası dekabrın 26-da Nizami Kino Mərkəzində olacaq.