Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Mədəniyyət Nazirliyi: Mikayıl Müşfiqin büstünün o formada götürülməsini ...

Mədəniyyət Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin xatirəsinə ucaldılmış büstün aşırdılmasına münasibət bildirib.

Yenixeber.org: Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, Mikayıl Müşfiqin abidəsinin aşırdılmasını əks etdirən videogörüntü və bununla bağlı yayılan məlumatlardan xəbərdardırlar: 

“Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində mədəniyyət və istirahət parkında ucaldılan büstlə bağlı sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar dəqiqləşdirilməmiş məlumatlardır. Bu büst qeydiyyatda olan tarixi abidə deyil, sadəcə olaraq, 1990-cı illərdə həmin parkda böyük şairin büstü qoyulub. Bu büst vaxtilə betondan hazırlanıb. Sentyabr ayında Qaradağ Rayon İcra Hakimiyyəti Mədəniyyət Nazirliyinə müraciət edərək həmin parkda əsaslı təmir işlərinin aparılması və bunun üçün orada heç də yaxşı görkəmdə olmayan, təxminən, yararsız vəziyyətdə olan büstün yerinə qranit materialdan yeni və keyfiyyətli büstün hazırlanıb qoyulmasını bildiriblər. Bizim tərəfimizdən də bu müraciətə müsbət cavab verilib. Təbii ki, o büstün hansı vəziyyətdə olmasından asılı olmayaraq videogörüntülərdə əks olunduğu kimi götürülməsi heç də təqdirəlayiq hal deyil. Çünki o büstü oradan başqa formada da götürə bilərdilər. Məsələ burasındadır ki, o büst tarixi abidə statusunda deyil və qeydiyyatı yoxdur. Ona görə də park müasir görkəmdə əsaslı təmir olunduqdan sonra orada böyük şair Mikayıl Müşfiqin adına layiq qranitdən gözəl bir büstü qoyulacaq. Bir daha qeyd edirəm ki, büstün videogörüntülərdə əks olunduğu kimi oradan götürülməsi bizim tərəfimizdən də müsbət qarşılana bilməz”.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki parkda şair Mikayıl Müşfiqin abidəsi ekskavatorla aşırdılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam