Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

Nazirlikdən Qarabağa tur təşkil edən şirkətə reaksiya

 

Dağlıq Qarabağa turlar təşkil edən “Regent Holiday” adlı Böyük Britaniya şirkətinin Azərbaycanda fəaliyyətinə və yerli turizm şirkətləri ilə əməkdaşlığına qadağa qoyula bilər.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib.

 

Onun sözlərinə görə, bu məsələ hazırda ətraflı araşdırılır: “The Guardian”da Azərbaycanın işğal altında olan ərazilərinə səfərlə bağlı məqaləni və orda adı keçən “Regent Holiday” şirkətinin saytındakı tur proqramlarını gördük. Saytda şirkətin Azərbaycana da turlar təşkil etdiyi bildirilib. Azərbaycanla bağlı təxribat xarakterli yazılar çox saytlarda çıxa bilər, amma biz bu məsələni dəqiqliklə araşdırmalı, həmin şirkətin Azərbaycanda fəaliyyətini, hansı şirkətlərlə əməkdaşlıq etdiyini öyrənməliyik. Aidiyyəti qurumlarımız bu işlə məşğuldur, tezliklə mətbuata əlavə məlumat veriləcək. Mümkündür ki, qanunvericiliyə uyğun olaraq həmin şirkətlə heç bir şəkildə əməkdaşlıq etməmək barədə Azərbaycan Turizm Assosiasiyasına və yerli turizm şirkətlərinə təlimat verilsin. Bu cür halların qarşısını almaq üçün digər lazımi tədbirlər də tərəfimizdən görüləcək”.

 

V.Şıxəmmədov əlavə edib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq hüquqa zidd olan bu kim halları pisləyir: “Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən də tanınır və xarici şirkətlər biznes fəaliyyəti ilə, turların təşkili ilə məşğul olarkən ərazi bütövlüyü amilinə ciddi şəkildə riayət etməlidirlər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam