Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur modelyer-bloqer Azərbaycanda olub –Fotolar

 Məşhur modelyer-bloqer Palina Kozyrava Azərbaycanda olub. 

Yenixeber.org: Bakı, Qobustan, Şamaxı, Şəki, Qəbələ kimi şəhərləri gəzən bloqer çəkdiyi şəkilləri öz şəxsi bloqunda ingilis və almanca mətn yazaraq paylaşıb. 

Bloqerin Azərbaycanda çəkdiyi şəkillər izləyiciləri tərəfindən çox maraqla qarşılanıb. 

Bakıda İçərişəhər, Heydər Əliyev Mərkəzi, Dənizkənarı Bulvar, Aloq Qüllələri və 8-ci kilometr bazarında olan bloqer yazısında Bakını Parisə bənzədib. 

“Bilgeh Beach Hotel”də qalan bloqer Bakıdakı məşhur restoranlarda olub, oralarla bağlı ətraflı məlumat verib. 

Bloqerin növbəti səfəri Atəşgah məbədi, Yanardağ və Qobustan muzeyinə olub. Qobustandakı palçıq vulkanlarını çəkib, palçıq vulkanı vannası qəbul edib. 

Daha sonra Şamaxıya gedən Palina Kozyrava “Shamakhi Palace Sharadil Hotel” ində qalaraq bura haqqında məlumat verib. 

İsmayıllının Lahıc kəndinə gedən bloqer yol kənarında meyvə-tərəvəz satan satıcıları, buradakı üzüm bağlarını çəkərək bu şəhərin şərabçılıq sahəsində mühüm yerinin olmasını qeyd edib. İsmayıllıda restoranlardan birində samovar çayı içən bloqer aşıq musiqisinə qulaq asıb, bu musiqidən zövq aldığını vurğulayıb. 

Bloqer daha sonra Qəbələyə, oradan da Şəkiyə gedib. Şəkidəki tarixi alban kilsəsini, Karvansaray və Şəki Xan Sarayını gəzən bloqer bu yerlər haqqında öz bloqunda ətraflı məlumat verib. 

Məşhur modelyer-bloqer Palina Kozyravanın Azərbaycanda çəkdiyi şəkilləri təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam