Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Tanınmış aparıcı Roza Zərgərlini yenidən məhkəməyə verdi

Məhkəmə prosesi fevralın 27 -də baş tutacaq.

 

Yenixebr.org: Müğənni Roza Zərgərli ilə aparıcı İlhamə Bədəlova arasında məhkəmə qalmaqalı artıq apellyasiya məhkəməsində araşdırılacaq.

İlhamə Bədəlova şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi üçün Yasamal rayon Məhkəməsinin qərarından narazı olduğu üçün yenidən məhkəməyə müraciət edib.

Qeyd edək ki, “Maşın” realiti şousu zamanı Rozanın dediyi “Xəstə olduğu üçün işçini qovmusan” sözləri qarşı tərəfi özündən çıxarıb.

İlhamə bu sözlərə görə Rozanın ondan üzr istəməsini bildirib. Əks halda Bədəlova Zərgərlini məhkəmə ilə hədələyib. R.Zərgərli “10-dan sonra” verilişində İlhamədən üzr istəməyəcəyini deyib: “Elə bir şey ola bilməz. Çünki həmin söhbətlər ora kimi cərrəyan etsə, əlimdə sübutlar və şahidlər var. Mən haqlı danışıram. O səviyyəyə çatsa, o kənara addım ata bilməz. Mən görmədiyim şeyi danışmaram. Səhhətində problem olan şəxsin üstünə çox gedə bilmərəm. Onunla hər yerə, həkimə mən getmişəm. Məndə səs yazısı var ki, həmin insan deyir boş ver”.

Məhkəmə prosesi fevralın 27 -də baş tutacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam