Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR

 

“Maşın” şounun yeni mövsümdə İŞTİRAKÇILARI BƏLLİDİR

Azərbaycanın ən reytinqli şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

Yenixeber.org: “M Group Production”ın Mətbuat Xidmətindən aldığımız xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da...

“Maşın”ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. “MGP”nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində “Maşın”ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

Onu da vurğulayaq ki, “Maşın” şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və Azərbaycanlıların Həmrəylik Gününü, həmçinin Yeni il bayramını da xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünüb.

“Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, “MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə davam edir.

Beləliklə, “Maşın” realiti şou 17-ci sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam