Yayda günəş şüasından zədələnən üz dərisi payızda daha çox qulluq tələb edir. Bunu bahalı salonlarda edə bilmirsinizsə, heç də üzülməyin. Ev şəraitində hazırlayacağınız maskalarla dərinizə qulluq edə bilərsiniz.
Yenixeber.org: Dərini cavanlaşdırıb, təravətləndirəcək maskalar təqdim edirik:
1 stəkan suyun içərisinə 1 xörək qaşığı sirkə tökün. Qarışdırıb üzünüzü onunla silin. Dərini qidalandırıb, ölmüş hüceyrələrdən təmizləyəcək.
Stəkanın 1/4 hissəsinə süd tozu tökün. Üzərinə xəmir halına gələnə qədər su əlavə edin. Üzünüzə sürtün və quruyana qədər gözləyin. Daha sonra ilıq su ilə yuyun.