Hər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə sahib olmaqdır. Gözəlləşmək üçün sadəcə soyuducuya baxmağınız bəs edər.
Yenixeber.org: Xarici KİV-ə istinadən sizi gözəlləşdirəcək və evdə rahat hazırlayacağınız maskalar təqdim edirik:
Yarım yumşaq avokadoya 1-2 qaşıq qatıq qatıb üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska sizi həm də səpkilərdən xilas edəcək.
2 xörək qaşığı süzmə qatığa 1 xörək qaşığı zeytun yağı töküb qarışdırın. Üzünüzə sürtüb, bir az saxladıqdan sonra yuyun. Bu maksa dəridəki ölü hüceyrələri təmizləyəcək, üzünüzü daha d canlandıracaq.
Kofe xıltıqlarına zeytunyağı, qatıq və limon şirəsi əlavə edib üzünüzə çəkin. Dərinizi daha da cavanlaşdıracaq.
8-10 ədəd çiyələyi əzin. İçərisinə qatıq, limon şirəsi töküb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun. Dərinizdə parlaqlıq olacaq.