Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ərdoğan aktrisaya qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aktrisa Selin Şekerciye qarşı qaldırdığı məhkəmə iddiasını geri götürüb

 

Yenixeber.org: Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan hələ baş nazir olduğu dövrdə S.Şekerci özünün "Twitter" səhifəsində onunla bağlı status yazıb. 

S.Şekerçi statusunda prezidenti “Üzüklərin hökümdarı” filminin mənfi obrazı olan “Saruman”ya bənzədib. R.T.Ərdoğan isə bunu təhqir kimi qiymətləndirib və məhkəməyə müraciət edib.

Aktrisa Cinayət Məcəlləsinin təhdid və dövlət rəsmisini təhqir etmə maddəsi ilə mühakimə olunurdu. İstanbul Məhkəməsində keçirilən prosesdə aktrisanın 1 il 8 aydan 4 il 4 aya qədər azadlıqdan məhrum ediləcəyi gözlənilirdi. Amma hakim bildirib ki, R.T.Ərdoğan iddiasını geri götürüb. Prezidentin vəkili Əhmət Özəl bununla bağlı məhkəməyə vəsatət təqdim edib. 

Qeyd edək ki, 28 yaşlı Selin Şekerci “Kavak yelleri”, “Melekler korusun”, “Kaçak gelinler” kimi seriallardakı rolları ilə məşhurluq qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam