Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Orkestr alətləri və Dirijorluq kafedrasının hesabat konserti

 

  Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Orkestr alətləri və Dirijorluq kafedrasının hesabat konserti keçirilib.

  "Xeberinfo.com": İlk öncə tələbələr geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri T.Quliyevin, F.Əmirovun, Ü.Hacıbəyovun, Q.Qarayevin, ölməz bəstələri, dünya klassiklərindən P.Çaykovskinin, F.Şopenin və başqalarının məşhur kompozisiyaları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə musiqi müəllimiliyi ixtisası üzrə təhsil alan xarici tələbə Bilal Ərdoğan və Adəm Önöğülün “Tatlı dilə, gülər üzə” musiqisini ifa etmələri konsert iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin, Xor kollektivinin ifasında səslənən Ramiz Mirişlinin “Naxçıvan”, Müslüm Maqomayevin “Azərbaycan”, Ramiz Mustafayevin “Güləbətin” mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov çıxış edərək, tələbələrin musiqi hazırlığı, səhnə mədəniyyəti və perfomansı, ifa tərzi ilə bağlı dəyərli tövsiyələrini də tələbələrə çatdırıb.

Universitetin rektoru, professor Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs edib. Rektor, bu yaxınlarda Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Prezident mükafatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynovanın rəhbərliyi ilə universitetin xarici tələbələrdən ibarət “Meridian” vokal qrupunun “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsində tamaşaçı nominasiyasının qalibi olmasını xüsusi vurğulayıb, həmçinin bugünki keçirilən hesabat konsertinin təşkilində də onun əməyinin danılmaz olduğunu bildirib.Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb.

 

     

 

     
     

 

      Mina Qasımova
      NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam