Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

IV Ümumuniversitet bilik yarışması

 

   

      "xeberinfo.com": Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 91 illiyinə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr  həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın Muxtariyyəti” mövzusunda ingilis dilində IV Ümumuniversitet bilik yarışması keçirilib.

   Viktorinada universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin siyasi kursunun bugünkü layiqli davamından, ölkədə aparılan təhsil və gənclər siyasətinin uğurundan danışıb. Vurğulanıb ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Natiq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunması ilə bağlı 14 yanvar 2014-cü il tarixli sərəncamından  irəli gələn vəzifələrdən, 2014-cü ilin Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan olunması ilə bağlı nəzərdə tutulan tədbirlər planından da bəhs edib. Rektor həmçinin, ingilis dilində qeyri ixtisas fənləri öyrənən tələbələr arasında belə yarışmaların keçirilməsini məqsədəuyğun hesab edib.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı bilik yarışmasının məqsəd və vəzifələri haqqında məlumat verib.        

Fakültə komandaları arasında püşkatmadan sonra, İKT tətbiqi ilə bilik yarışmasına start verilib. Qeyd edək ki, universitetdə təhsil alan xarici tələbələr də viktorinada iştirak ediblər.

On iki komandanın iştirakı ilə keçirilən yarışmada 72 tələbə iştirak edib. Sosial idarəetmə və hüquq fakültəsinin komandası qalib gələrək I yerə çıxıb. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin iki komandası II və III yerləri bölüşüblər. Iki mərhələdə keçirilən gərgin bilik yarışmasının qalib komandaları və fəal iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

Mina Qasımova

 

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam