Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tibb fakültəsində Məzun günü

 

 

 Naxçıvan Dövlət Universitetində Tibb sahəsi üzrə kadr hazırlığının 15-ci, Məzun olmanın 10-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

"Xeberinfo.com":Aparıcı tədbiri açıq elan etdikdən sonra, Tibb fakültəsində təhsilin səviyyəsindən, fundamental tədris bazasından, muxtar respublikanın tanınmış həkimlərinin müxtəlif ixtisas fənlərini tədris etmələrindən, tələbələrə göstərilən diqqət və qayğıdan danışaraq muxtar respublika və universitet rəhbərliyinə məzunlar adından minnətdarlığını bildirib.

Konfrasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivinə ünvanladığı təbrikini oxumaq üçün söz, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadəyə verilib.

Rektor, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov məzunları təbrik edərək Azərbaycanda tibb təhsilinin özünəməxsus inkişaf yolu keçdiyini, muxtar respublikada səhiyyənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, həkim məzunlara uğurlar arzulayıb.

Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov hesabat xarakterli məruzəsində fakültənin inkişaf yoluna nəzər salıb. Məlumat verilib ki, 1999-cu ildə “Pediatriya” ixtisası ilə təməli qoyulan fakültədə 2007-ci ildə “Tibbi profilaktika” və 2011-ci ildə “Müalicə işi” ixtisası yaradılmışdır. Burada 35 çarpayılıq kliniki xəstəxana, 2011-ci ildən əsaslı şəkidə yenidən qurulmuş laboratoriya, müxtəlif fənn kabinələri, 5000-ə yaxın fonda malik kitabxana  fəaliyyət göstərir. 1 akademikin, 3 elmlər doktorunun, 21 elmlər namizədi, dosentinçalışdığı fakültədə aktual mövzulara həsr olunmuş elmi-tədqiqat işləri aparılır, beynəlxalq  və respublika səviyyəli konfrans və simpoziumlar təşkil olunur. Təhsil müddətində tələbələr praktiki vərdişlərə yiyələnmək məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərində peşə təcrübələri keçirlər. Fakültə məzunlarından bir neçəsi tibb təhsilinin rezidentura pilləsində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Fakültə dekanı sonda pediatriya və tibbi profilaktika ixtisasları üzrə  bu il 28 nəfər tələbənin məzun olduğunu bildirərək onlara müvəffəqiyyətlər arzulayıb.

Cəmiyyətin  sağlam  gələcəyinin savadlı həkimlərdən asılı   olduğunu  vurğulayan, Naxçıvan MR Səhiyyə naziri, Azərbaycan Respublikasının Əməkdar həkimi Niyazi Novruzov regionda yüksək ixtisaslı mütəxəssislərin yetişməsində Tibb fakültəsinin rolundan, muxtar respublika rəhbərliyi tərəfindən həkim məzunların iş yerləri ilə təmin olunmasına göstərilən qayğıdan danışıb.

NDU-nun Tibb fakültəsinin fəaliyyətində xüsusi əməyi olan, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə xanım Namazova, “Ümumi təbabət və gigiyena” kafedrasının  müdiri, dosent Malikəjdər İbrahimov, Tibb fakültəsinin ilk buraxılış məzunu olan Tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev də məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.

Sonra məzunlar Hippokrat andı içiblər.

Məzun günü konsert proqramı ilə davam edib. Sonda məzunların ifasında “Tələbəlik illəri” mahnısı səslənib. Tədbirdə Tibb fakültəsinin fəaliyyəti ilə bağlı slaydlar da  nümayiş olunub.

 

 

 

 

 

 

 

 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam