Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tarzən Ramiz Quliyev Kanadada keçirilən festivalda ölkəmizi təmsil edib

Tarzən Ramiz Quliyev Kanadada keçirilən festivalda ölkəmizi təmsil edib

 

Yenixeber.org: Kanadanın Toronto şəhərində “Tirqan” milli musiqi, kino və teatr beynəlxalq festivalı keçirilib. Festival “Tirqan” beynəlxalq fondu və “Harbourfront” mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Ümumilikdə 70-dək musiqi, rəqs, kino və teatr layihəsini birləşdirən beynəlxalq forumda ABŞ, Kanada, İran, Türkiyə, Rusiya və digər ölkələrdən sənət xadimləri iştirak ediblər. Festivalın təntənəli açılış mərasimi sufi musiqisinin təqdimatı ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı beynəlxalq festivalda tarzən, Xalq Artisti, professor Ramiz Quliyev təmsil edib. İki geniş solo konsert proqramı ilə çıxış edən tarzəni məşhur pianoçu, ICOT Beynəlxalq Musiqi Təşkilatının bədii rəhbəri Mazyar Heydəri (Kanada) və zərb alətləri ifaçısı Əli Məsudi müşayiət ediblər. Torontonun məşhur “Harbourfront Center” teatrının böyük zalında gerçəkləşən ilk konsert anşlaqla keçib. Həmin gecə Ramiz Quliyev və kanadalı musiqiçilərin ifasında Azərbaycan musiqisinin ən parlaq nümunələri təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Həsən Rzayevin əsərləri ilə bərabər, klassik muğamlarımız, xalq mahnılarımız əsasında improvizasiyalar və dünya musiqisindən parçalar yer alıb. Hər əsərin ifasından sonra tamaşaçılar Azərbaycan tarını ayaq üstə alqışlayıblar.

İkinci solo konsert – festivalın rəsmi bağlanış mərasimi professor Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunub. Konsertdən öncə “Tirqan” festivalının prezidenti Meladid Armanejad tarzəni təbrik edib və festivalda iştirakına görə ona təşəkkürünü bildirib. Çıxışın sonunda festivalın ən yüksək mükafatı və xüsusi diplomu Ramiz Quliyevə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam