Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan toy xərcləri üzrə dünya lideridir -BMT-nin hesabatı

BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.

Xeberinfo.com:   Məlumata görə, fondun hesablamaları toylara çəkilən xərclərə görə dünyada Yaxın Şərq və keçmiş sovet respublikalarının liderlik etdiyini üzə çıxarıb. Lakin bu göstərici üzrə Azərbaycan hətta Yaxın Şərqin zəngin ərəb ölkələrini də qabaqlayıb. Ona görə yox ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. O səbəbdən ki, göstərici toylara çəkilən xərcin orta aylıq əmək haqqı ilə müqayisəsi əsasında aparılıb.

Məlum olub ki, Azərbaycanda toylara çəkilən xərc orta aylıq maaşın 9.7 mislinə bərabərdir. Və bu göstərici üzrə Azərbaycanın dünyada doğrudan da analoqu yoxdur və məşhur “analoqu olmayan” ifadəsi məhz bu göstəricidə tamamilə yerinə düşür. Hesabata əsasən ikinci yerdə Belarusdur. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 9.2 mislinə bərabərdir. Üçüncü yerdə isə Rusiya gəlir. Dördüncü yerdə Balkan regionunun yoxsul ölkəsi Albaniyadır. Bu ölkədə toylara çəkilən xərc orta aylıq əmək haqqının 8.9 mislinə bərabərdir.

Xatırladaq ki, Azərbaycanda ifrat toy xərcləri problemi dəfələrlə ictimai müzakirələrin predmeti olub. Hətta iki il əvvəl iqtisadi böhranın əlamətləri Azərbaycanda özünü göstərməyə başlayanda və əhalinin gəlirlərində azalma özünü göstərəndə dəbdəbəli toylara məhdudiyyət qoyulmasına dair qanunvericilik təşəbbüsləri də səslənməyə başladı. Məsələ Milli Məclisdə müzakirə olundu, ancaq belə görünür ki, “toyxana lobbisi” bu məsələnin qanun çərçivəsinə salınmasına imkan vermədi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam