Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəbnəm Tapdığın yalanı üzə çıxdı

Müəllif Hüquqları Agentliyi əməkdar artist Şəbnəm Tapdığın adı ilə bağlı qoyduğu qadağa ilə bağlı açıqlama verib.

 

Xeberinfo.com:   Qurumdan azvision.az-a verilən məlumata görə, Şəbnəm Tapdığın adı heç bir halda Agentlikdə qeydiyyata götürülə bilməz. O, yalnız əsəri ilə bağlı quruma müraciət edib:

“Şəbnəm xanım adını qeydiyyatdan keçirməyib. Onun iki şeri Müəllif Hüquqları Agentliyində qeydiyyata götürülüb. Əsər isə qeydiyyata götürüləndə əsərin müəllifi, adı, atasının adı, təxəllüsü varsa təxəllüsü qeyd olunur. Şəbnəm Tabdıq isə hər iki əsərini “İlk Şəbnəm” təxəllüsü ilə yazıb, məhz bu səbəbdən bizə müraciət edib.

Odur ki, ad yox, əsər qeyiyyatdan keçirilib. Bir sözlə, Şəbnəm Tapdıq məsələnin mahiyyətini səhv başa düşüb. Onun əsəri “İlk Şəbnəm" təxəllüsü ilə qeydiyyata götürülüb, adı yox.” - deyə Müəllif Hüquqları Agentliyindən bildiriblər. 

Qeyd edək ki, əməkdar artist Şəbnəm Tapdıq “Alın yazısı” verilişinin aparıcısı Şəbnəm Xeyrullaya qeyri-adi tələb qoyub. Belə ki, əməkdar artist aparıcıya bildirib ki, adını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib və bu o deməkdir ki, "Şəbnəm" adının bütün hüquqları ona aiddir:

“Sizə təklif edirəm, adınızı dəyişəsiniz. Demirəm, tam dəyişin. Sizə variantlar da təklif edə bilərəm: Şəbnəmnur və ya Şəbnəmtac”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam