Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

" Soyqırım" edirlər itə, pişiyə

 

Baxırsan ətrafa qanlı- qadalı,
Biri, digərinə qənim kəsilib.
Görəsən, nədən bəs hammı xətalı?
Elə bil, araya toxum səpilib.
*****
İnsanlar yaşayır başı bəlalı,
Cibləri şişənlər niyə "xox"gəlir?
Sınaraq, əyirlir başı məlalı,
Pul isə kimə az, kimə çox gəlir.
*****
İnsanlar salamı pula satırlar,
Dilini tərpədib almaq istəmir.
Dəyərli, dəyərsiz qula satırlar,
Bir kimsə, birinə sevgi bəsləmir.
*****
Salamı kəsiblər "qardaş" " bacı" lar,
İllallah yoludur haqq deyənlərin.
Qurana şirk edir yeni "hacı" lar,
Cəzası böyükdür haqq yeyənlərin.
*****
Ana- bacı öldürən məhbəs axtarır,
Azyaşlı oğullar türməyə düşür.
Biri baxır birinə həvəs  axtarır,
Öz cavan ömrünü dürməyə bükür.
*****
Namus gedib, ar gedib başlar havalı,
Qızlar sanki oğlan, oğlanlar qızdı.
Dünyada xəbərlər hər gün davalı,
Bu qara taleyi fələkmi yazdi?!
*****
Öldürmək, qan tokmək nədən bəs etmir?
Görəsən, nə yeyib, nə içirsiniz?
Qudurmuş, Allahı biməyən "alçaq"
İnsanı bitirib, heyvan biçirsiz???
*****
Vuran, vurana sökən, sökənə,
"Soyqrım" edirlər itə, pişiyə.
Səbəb nədir axı bu zalımlığa?
Allahın lənəti belə kişiyə.
*****
Heyvanın olsaydı dili- ağızı,
Allaha sizləri xəbər verərdi.
Əlində olsaydı qələm- kağızı,
Dərdini- sərini sözlə deyərdi.
*****
Qanunlar ortada baxanki yoxdur,
Hər kəs öz kefilə qızıl " taxt" qurub.
Qanunu gözlərə soxanki yoxdur,
Bəlkədə düşünür, qızıl "baxt"qurub.
*****
Gələcək burnundan ey qəddar insan!
Allahım hər nə var, görüb duyandı.
Günahın yazılır illərlə san- san,
Düşünsən bir azca bəlkə oyandın!
*****
Biz hansı zamana , dövrana gəldik,
Baş tutub yeriyir, hərci- mərcilik.
Əkilməyən torpağa nələri əkdik?
Baxaraq, kənardan dərdini çəkdik.
*****
Əlini uzatsın kimsə kimsəyə,
Özümüz dəyişək, biz ilə bizi!
Çox zəka toplayıb qoyaq nimçəyə,
Yuxudan ayıldaq, bizilə BİZİ!

Təranə Şəms. 6.10.2025


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam