Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

" Cəhənnəm" deyəndə o xülya yetər

 

"Kimsəsizlər, kimsəsiyəm" söyləmə!
Allah var arxanda hər an səninlə.
Yaradan yaradıb ruzini verib,
Namaz qıl, dua et, qalma dərdinlə.
*****
Qismətdi, qədərdi Yaradan bölüb,
Kiminə dərd düşür, kiminə qüssə.
Ana var balası bətnində ölüb,
Çəkmə sən içində bu qədər HİKKƏ!
*****
Başqası məzlumdur çulu cırıqdı,
Allahın quludur o bir vəlidir.
Əynindıə paltarı yamaq, yamaqdı,
Hər görən səs salar bu ki, dəlidir.
*****
Hər kəsin qəmidə eyni deyilki,
Yuxarı baxanda şükr(ü )edir adam.
Şikayət etmirdə gör heç deyirki,
Canımda sağdırsa, mən buna şadam.
*****
Qapılar bağlansa, açanda odur.
Görməzdən gəlibən nankor olarsan;
Səni gözdən salıb qaçanda odur.
İçindən əriyib belə solarsan!
*****
Verdiyi nə varsa əlindən alar,
Hammıdan ayrılıb təkcə qalarsan.
Səni sevməyəndən nə bir iz qalar,
Sarılıb Allaha qucaq açarsan.
*****
Gəlmədik həyata əhli- kef olaq,
Pis insan yaxşının gözündə heçdir.
Əlində badəsi yeri meyxanə,
"Ölüm" çox yaxındır, bəlkədə gecdir.
*****
Cəhənnəm, cənnətin öz əlindədir.
Gözünü çəkərsən dünya malından;-
Qazanmış mövqeyin öz əqlindədir,
Allah razı qalsın, sənin halından!
*****
Allahın qəzəbi amansız olar,
Aldığın cəza var, çəkərsən betər.
Düşünmə, bir oxdur kamansız olar,
"Cəhənnəm" deyəndə o xülya yetər!
Təranə Şəms. 7.08.2025
Yenixeber.org

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam